Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında "sığorta maxinasiyası"

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında "sığorta maxinasiyası"Xəstələr icbarı tibbi sığortadan yararlana bilmədiklərini deyirlər

Azərbaycanda səhiyyə sahəsində korrupsiya, yanlış idarəetmə və özbaşınalıqlar demək olar ki, zaman-zaman müzakirə olunur, amma təəssüf ki, çıxış yolu tapılmır.

Ölkənin səhiyyə sistemi faktiki olaraq üç nazirliyin – Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin əlində girinc qalıb.

Səhiyyə sisteminin yanlış idarəetməsi elə bir vəziyyət yaradıb ki, son illərin bu sahədə ən uğurlu islahatı sayılan sığorta sistemi iflic hala gəlib.

Sığorta sisteminin məqsədli, müxtəlif bəhanələrlə iflic edilməsi isə bir daha göstərir ki, Azərbaycan səhiyyəsi Afrikanın cəngəllik qanunları ilə idarə olunur.

Sığorta sistemindən müxtəlif bəhanələrlə yayınan tibb ocaqlarından biri isə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasıdır. Bu tibb müəssisəsi ilə bağlı şikayətlər demək olar ki, hər gün artır.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müavilə bağladığı tibb müəssisələri arasında olsa da, Gəray Gəraybəyli sözün həqiqi mənasında "köhnə bazara təzə nırx" qoyub.

AzToday.az-a danışan vətəndaşlar deyirlər ki, göndərişlə Tədris Cərrahiyyə Klinikasına göndərilsələr də, onları dəfələrlə orada süni yollarla əlavə xərcə salıblar, müxtəlif analizləri sığorta paketinə aid etmədən onları soyublar. Bəzən isə hətta məlumatsız xəstələrə bu əməliyyat sığortaya düşmür deyə külli miqdarda pul alıblar. Bütün bu maneə və əngəllərin isə məhz Gəraybəylinin tapşırığı əsasında yaradıldığına şübhə yoxdur.

Bundan başqa, həkimlər buraya müraciət edən xəstələrə tibbi sığorta üçün heç bir göndəriş vermirlər. Hazırda Tədris Cərrahiyyə Klinikasında müalicə olunan xəstə yaxını deyir ki, onlardan bir həftə ərzində təkcə analizlərə və müayinəyə 470 manat pul alınıb, hələ əməliyyat üçün da 2800 manat ödəməlidirlər.

Xəstə həkimlərdən isə icbari tibbi sığortaya göndəriş ala bilməyib. Çünki belə olan halda həkim ona xəstəyə baxmayacağını, başqa həkimə və ya xəstəxanaya müraciət etməsini tövsiyə edib.

Şikayət etmək istəyən xəstələrə isə "gedin Gəray Gəraybəyli ilə danışın" cavabı verilir.

"Faktiki Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası Sovet dövrünün kolxoz qaydaları ilə idarə olunur, Gəray Gəraybəyli isə məhz bu kolxozun sədridir. Faktiki "pripiska" ilə məşğuldurlar. Bu adamların vətən, millət, insan anlayışları yoxdur, rüşvət bunların da qanına hopub", – xəstə yaxını belə deyib.

Şikayətlərlə bağlı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə əlaqə saxlamaq olmayıb. Klinikanın rəsmi saytında isə direktor və baş həkim bölmələrində buranı kimin idarə etməsi əksini tapmayıb, yəni nə direktor var, nə baş həkim…

Səhiyyə Nazirliyi, TƏBİB isə burada baş verən rəzalətə susmaqda israrlıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1047   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr