Kimlər qurban KƏSƏ BİLMƏZ? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, iyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bayram namazının iyunun 16-da qılınacağı qeyd olunub.
Qurban kəsmək İslam dinində müəyyən şərtlərə və qaydalara tabedir.Bunun üçün bəzi əsas şərtlər tələb olunur. Bəs qurbanı kimlər kəsə bilməz? Məsələ iə bağlı Sonxeber.az-a ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov açıqlama verib:
"İslamda ibadətlər üç yerə bölünür. Bədənlə, malla və ya hər ikisi edilməsinə görə bu hissələrə bölünür. Qurban ibadəti mal ilə yerinə yetirilən- yəni maddi ibadətlərdən sayılır. Ona görə də qurban kəsmək maddi imkanı yerində və onun şərtlərinə malik olan müsəlmanların yerinə yetirdiyi dini vəzifədir. Sadəcə olaraq hənəfilik məktəbinə görə, kimə ki, zəkat və qurban kəsmək vacibdir. Onun xaricində bütün məktəblər və alimlərə görə qurban ibadəti müstəhəb bir əməldir".
İlahiyyatçının sözlərinə görə, əgər kiminsə maddi vəziyəti yaxşı deyilsə və ailənin maddi imkanlarını qarşılaya bilmirsə, ailə hüquqlarına riayət etməkdə çətinlik çəkirsə onlar qurban kəsməməlidir:
"Çünki qurban maddi imkanı varsa yerinə yetirilməsi müstəhəb bir əməldir. Əgər imkan yoxdursa, onun əsas vəzifəsi ailəsinin maddi imkanlarını və vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Ona vacib olan başqa bir əməl varsa, onu qoyub müstəhəb bir əməl yerinə yetirməsi doğru deyil. Belə insanların qurban kəsməməsi daha uyğundur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1426 Tarix: 13 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabr