"Porsche"dən oğurlanmış 94 minlik "Rolex" Etibar Pirverdiyevindir?
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proseslərdən biri başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə qarşısına çıxarılan 1994-cü il təvəllüdlü Röyal Ocaqlı və 1998-ci ildə anadan olmuş Elzamin Abdullayev Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndiriliblər.
Bildirilib ki, hər iki şəxs Goranboyun Boluslu kəndinin sakinidir və Bakının Nərimanov rayonu Etibar Qocayev küçəsində birgə avtoyuma məntəqəsində işləyiblər. Onlar Səməd adlı şəxsin avtoyuma məntəqəsinə gətirərək yumaya təqdim etdiyi "Porsche Cayenne" markalı avtomobilin saxlanc yerindən 93 500 manat dəyəri olan "Rolex GMT-Master İİ Rot Beer" markalı qızıl qol saatını oğurlayıblar. Hadisədən 1 gün sonra Səməd maşındakı bahalı saatın yerində olmadığını görərək "moyka"ya qayıdıb. O, saatın orada oğurlanmasından şübhələnərək Röyalı sorğu-sual edib. Bir neçə gün ərzində həmin məntəqəyə gəlib-gedən və Elzaminin işdə olmamasından daha da şübhələnən şəxs saatını geri ala bilməyincə polisə müraciət edib.
Röyal və Elzamin polis tərəfindən saxlanıldıqdan sonra qızıl saatın onlar tərəfindən oğurlanması müəyyən edilib. Bəlli olub ki, hər iki şəxs əvvəlcə saatı satmaq üçün Gəncəyə gediblər. Lakin orada sata bilməyərək Bakıya qayıdıblar və "Laçın" ticarət mərkəzində yerləşən qızıl mağazasında 163 qram çəkisi olan saatı qramı 70 manatdan, cəmi 11 500 manata satıblar. Pul da hər iki şəxsin arasında bölünüb.
Təqsirləndirilən şəxslərdən Röyal Ocaqlının yaxınları məhkəmə iclası zamanı saatın oğurlandığı "Porsche" markalı avtomobilin "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu və Səməd adlı şəxsin onun sürücüsü olduğunu iddia ediblər.
Röyal Ocaqlının anası Rübabə Sərdarlı isə saytımıza açıqlamasında qeyd edib ki, sözügedən bahalı saat da E.Pirverdiyevə məxsusdur və onun sürücüsü sadəcə önə verilir.
Zərərçəkmiş şəxs qismində tanınan Səməd adlı sürücü isə saatın özünə məxsus olduğunu və Abbas adlı şəxsin ona hədiyyə etdiyini, lakin bu qədər bahalı olduğunu bilmədiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə təqsirləndirilən şəxslərin hər birinə 7 il həbs cəzası verilib.
Təqsirləndirilən şəxslərin yaxınları işə sədrlik edən hakim Telman Hüseynovun Etibar Pirverdiyevin yaxın qohumu olduğunu bildirərək işə düzgün baxılmadığını düşündüklərini qeyd ediblər və apellyasiya instaniyasına şikayət ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 956 Tarix: 13 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabr