Elmira Əliyevanın oğlu: "Anam dünyasını dəyişəndə heç bir sənət yoldaşı bizə başsağlığı vermədi"
"Mənim anamın Azərbaycan incəsənətinə töhfələri az olmayıb. İstər "Lalə qızlar ansamblı"nda, istərsə də xanəndəlik sahəsindəki uğurlu fəaliyyəti onu xalqın sevimlisinə çevirdi. Amma nədənsə bu gün adı heç bir yerdə çəkilmir. Anam müğənnilikdən əlavə, həm də pedaqoji fəaliyyətlə məşğul olub. O "Leyli və Məcnun" əsərini ingilis dilinə tərcümə edib və sonra onu ifa edib. Hər zaman sənəti ilə yaşayırdı, şadlanırdı. Sənəti onun xoşbəxt qadın olmağına mane oldu. Hər şeydən əl çəkdi, özünü unutdu, təkcə sənətini uca tutdu. Amma anamın bu gün adını heç çəkən yoxdur".
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Elmira Əliyevanın oğlu Elbrus Əliyev deyib. O bildirib ki, anası tez-tez xəstəxanaya gedirmiş:
"Müalicə alıb, həftələrlə orada yatırdı. Deyirdi ki, həkimlər başıma dolanır, mənə yaxşı qulluq edirlər. Anamdan xahiş edirdilər ki, mahnı oxusun. Anam oxuyurdu, onlar qulaq asıb alqışlayırdılar. Xəstəxanada çox qala bilmirdi. Deyirdi ki, sən evdəsən, mən burada, darıxmışam sənin üçün. Maddi imkanımız, ailə vəziyyətimiz ağır idi. Məcburiyyətdən anamı xəstə halı ilə evdə təkbaşına qoyub iş arxasınca gedirdim. Məcbur idim. Evdə oturanda heç kim gətirib insana çörəkpulu vermir. Bir pişiyimiz var. Onu anamın yanında qoyub işə gedirdim. Gəlib görürdüm ki, pişik səhərə qədər anamın yanından əl çəkməyib. Anam dünyasını dəyişəndən sonra pişik bir müddət çarpayısının üstündən durmadı".
Elbrus Əliyevin sözlərinə görə, anasının arzularının heç biri həyata keçməyib:
"Mənə deyirdi ki, yaşım 80-ni adlayıb, mənim yaşımdakıların artıq nəvəsi var. Çox istəyirdi ki, ailə həyatı qurum. Amma bu məndən asılı deyildi. Evsizlik, şəraitsizlik məni bu yoldan çəkindirirdi. Qismət belə oldu ki, nə mənim toyumu gördü, nə də nəvəsini. Düzdür, bu günə qədər də evlənməmişəm. Qapımızı açanlar da az idi. Anam dünyasını dəyişəndən sonra bir sənət yoldaşı da gəlmədi. Bir dəfə də başsağlığı vermədilər. Bu gündən hamı üçün var. Yenə də düşünürəm ki, bəlkə, məni tanımırdılar. Amma ən azından soruşub, araşdırıb gəlib tapa bilərdilər. Vaxtilə anama da mane olanlar var idi. Ona görə də nə fəxri ad ala bildi, nə də gözəl həyat sürdü".


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 900 Tarix: 13 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrBu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
27 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabr