Vəzifəli şəxslərin maaşları ARTIRILMALIDIR - AÇIQLAMA
Azərbaycanda son zamanlar korrupsiya ilə əlaqədar keçirilən sayı artıb. Məsələn, Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Daha əvvəl isə Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Bununla yanaşı, Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.
Göründüyü kimi bu kimi şəxslərin vəzifələrindən sui-istifadə edərək mənimsəmə hallarına yol verir. Korrupsiya əməliyyatlarına qarşı ardıcıl əməliyyatlar davam etdirilir. Amma keçirilən əməliyyatlara baxmayaraq, hələ də korrupsiyaya cəhd göstərməyə çalışanlar var. Burada isə maraqlı bir sual yaranır. Azərbaycanda vəzifəli şəxslərin artırılması korrupsiya əməllərinin qarşısını ala bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Əkrəm Həsənov deyib ki, vəzifəli şəxslərin maaşlarınh artırılması korrupsiyaya olan meyilləri qismən azalda bilər:
" Çünki həmin vəzifəli şəxslər işlərini itirməkdən qorxacaqlar. Maaş hardasa onun ehtiyaclarını bağlayır. Əlbəttə ki, bu azdır. Bu məsələnin həlli ancaq maaşa bağlı deyil. Burada şəffaflıq mütləq şəkildə olmalıdır. Bunun özü 3 məsələyə bağlıdır. Mən bunu dəfələrlə demişəm. İlk olaraq məmurların gəlir və xərc bəyannaməsi olmalıdır. Bu qanunda 2005-ci ildən var".
Ekspertin sözlərinə görə, məmurların gəlir və xərc bəyannamələri, üzərlərində nəzarət olarsa, bu zaman problemin həlli öz yolunu tapacaq:
"Bunu mütləq şəkildə etmək lazımdır. İkincisi isə daşınmaz əmlakın dövlət reyestri və kommersiya hüquqi şəxslərin dövlət reyestri açıq olmalıdır. Hər kəs bilməlidir ki, hansı tikinti, əmlak kimə məxsusdur. Bütün sivil ölkələrdə bu üsul mövcuddur. Bu halda hər bir şey aydın olacaq. Düzdür müəyyən əməllər törədilmə ehtimalı baş verə bilər. Amma bunun qarşısı xeyli alınacaq və vəziyyət çətinləşəcək. Hamı hər şeyi biləcək. Buna görə də həmin məsələlər öz həllini tapmır. Əməliyyatlar və tədbirlər həyata keçirilsə də, tam olaraq məsələ düzəlmir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR