Aleksey Overçuk: Ermənistanla Gürcüstan arasında dəmir yolu Rusiyanın yardımı ilə bərpa olunub
Ermənistanla Gürcüstan arasında dəmir yolu Rusiyanın yardımı ilə bərpa edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Bu çətin dövrdə Rusiya Ermənistan xalqının köməyinə gəlib və onun Gürcüstanla təbii fəlakət nəticəsində pozulmuş dəmir yolu əlaqəsini rekord müddətdə bərpa edib", - o vurğulayıb.
A.Overçuk qeyd edib ki, Ermənistanı xarici dünya ilə birləşdirən yeganə dəmir yolu ölkəyə həyati əhəmiyyətli yüklərin çatdırılması üçün əsas kanaldır və onun uzun müddət ərzində bağlı olması əhalinin ərzaq və yanacaqla təmin olunması üçün ciddi mənfi nəticələrə səbəb ola bilər:
"Lakin bu, Rusiyanın Ermənistan xalqına yardım əlini uzatması səbəbindən baş verməyib. Fövqəladə bərpa işlərinin maliyyələşdirilməsi ölkə rəhbərliyinin qərarı ilə Rusiya tərəfindən həyata keçirilib".
Onun sözlərinə görə, ilk sınaq qatarı iyunun 14-də bərpa edilmiş relsdə yola düşüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 819 Tarix: 15 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider
"Time Out" nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb. Respondentlə
9 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulEtnanın tarixdə ən dağıdıcı püskürmələri: İnlar yenidən baş verə bilərmi?
Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin
9 iyulOkeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər
Yerin sualtı dünyası alimlərin düşündüyündən daha aktiv vulkanik quruluşa malikdir. Beynəlxalq tədqiqat qrupu dünya okeanının dibində əvvəllər məlum olmayan 73 vulkanik kaldera aşkar edib. Kalderalar güclü püskürmələrdən sonra yaranan nəhəng çökəkliklərdir. Bu proses zamanı maqma kamerası boşalır v
11 iyulTramp və Ərdoğan arasında görüş keçirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind
7 iyulTramp Türkiyəyə yola düşdü - Video
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu
7 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyul