Məktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi
Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydalarına ciddi əməl olunması, həmçinin yalnız öz övladlarının fotoşəkillərinin çəkilməsi ilə bağlı xəbərdarlıq edilib.
Bildirilir ki, bu xəbərdarlıqlar yalnız Arçi və Lilibetin təhsil aldığı kənd məktəbinin valideynlərinə deyil, ətraf ərazilərdəki digər məktəblərin valideynlərinə də göndərilib.
Qaydaların sərtləşdirilməsinə səbəb kimi cütlüyün uşaqlarının məktəbini qəfil dəyişməsi və Meqanın telefon nömrəsinin valideynlərin vatsap qrupundan yayılması göstərilir.
Yeni tədbirlər bəzi yerli sakinlərin narazılığına səbəb olub. Valideynlərdən biri məktub göndərilməsini "tamamilə lazımsız" adlandıraraq, hər kəsin onsuz da hansı sərhədlərin olduğunu bildiyini deyib.
Digər valideyn isə tədris ilinin ilk günü məktəb yaxınlığında iki avtomobilin sürətlə hərəkət etdiyini, daha sonra Harri, Meqan və uşaqlarının məktəbin girişində görüldüyünü bildirib.
Qeyd edək ki, Harri və Meqan 2020-ci ildə kral ailəsinin işləyən üzvləri kimi vəzifələrindən imtina etdikdən sonra Britaniyanı tərk etmişdilər. Cütlük ötən ay uşaqları ilə birlikdə ölkəyə qayıdıb.
Əvvəlcə Arçi və Lilibet elit məktəblərdən birinə yerləşdirilsə də, tədris başlayandan cəmi iki gün sonra uşaqların məktəbi dəyişdirilib. Buna səbəb kimi ailənin təhlükəsizlik məsələləri və yollardakı sıxlığın mühafizə xidmətinin işini çətinləşdirməsi göstərilib.
Harri və Meqanın təhlükəsizliklə bağlı narahatlıqları daha əvvəl də gündəmə gəlib. Şahzadə Harri ailəsinin dövlət hesabına mühafizəsinin dayandırılması ilə bağlı Britaniya hökumətinə qarşı məhkəməyə müraciət edib.
Son olaraq isə kral III Çarlzın oğlunun təhlükəsizliyi ilə bağlı məsələnin yenidən nəzərdən keçirilməsinə razılıq verdiyi və Sassekslərin mühafizəsinin dövlət büdcəsinə illik təxminən 5 milyon funt-sterlinqə başa gələ biləcəyi barədə məlumat yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı