Moskva Bakıya hansı sürprizlər hazırlayıb? – Rusiyanın Cənubi Qafqaz həmləsi
Keşiş Baqrat Qalstanyanın arxasındakı əsas gücün Rusiya olduğu deyilir. Bu iddia etirazların ilk günündən ortadadır. Qalstanyanın Rusiyaya bağlı müxalif siyasilərlə görüşü bu iddianı daha da gücləndirmiş oldu.
Belə çıxır, Rusiya Ermənistanda Baqratı fəallaşdırır. Məsələ budur ki, Moskva başqa bir Cənubi Qafqaz ölkəsi olan Gürcüstanda da fəaldır. Orda da özünün ssenarisini həyata keçirir.
Son günlər bu mövzuda müzakirələrdə bəzi politoloqlar Kremlin Azərbaycanla bağlı müəyyən planının ola biləcəyini vurğulayırlar. Bunun ilk əlaməti kimi Xankəndidə konsulluq açmaq istəyi göstərilir.
Baxmayaraq ki, Rusiya 2020-ci ildən başlayaraq ölkəmizlə bağlı təmkinli davranış sərgiləyir. İki ay öncə sülhməramlı kontingent Azərbaycandan çıxarıldı. Prezidentlər səviyyəsində münasibətlər çox yaxşıdır. Amma ictimaiyyət hələ də Rusiyanın səmimiliyinə inanmır.
Bəs o zaman narahatlığa əsas varmı? Putinin Azərbaycanla bağlı gerçəkdən bəd niyyəti, qorxulu planı mövcuddur? Rusiya hansı səbəbdən 300 illik Azərbaycan siyasətində kardinal dəyişiklik edib?
Ukraynada müharibə aparan Rusiya Güney Qafqazda müharibənin dayanmasında həlledici rol oynadı. Bunu bu cür arxayın deyə bilərikmi? Yoxsa Moskvanın yeni sürprizləri ilə üzləşə bilərik?
Mövzu ilə bağlı Globlinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Gürcüstanda Qərbin ssenarisi gedir:
"Gürcüstanda etirazlar, aksiyalar keçirilir, suveren qərar qəbul etmək hüququnu əlindən almaq istəyirlər. Onun Rusiya yolunu davam etdirdiyini qeyd edirlər. Bu yanlış yanaşmadır. Hislər deyil, açıq fikirlər irəli sürülməlidir. Qərb Gürcüstanda imperialist maraqlarını həyata keçirir. Oranı arxa bağçaya çevirmək istəyir. Gürcüstan hakimiyyəti də buna haqlı olaraq müqavimət göstərir.
Ermənistanda Rusiya imperializmi mövcuddur. Baqratı Rusiya ilə yanaşı xaricdə yaşayan erməni diasporu, kilsə dəstəkləyir".
Politoloq Rusiyanın Azərbaycana bir sürpriz hazırladığını düşünmür:
"Azərbaycana qarşı planı Qərb hazırlaya bilər. Hazırda münasibətlər ən pis müstəvidədir. İkinci Qarabağ müharibəsində Qərb Ermənistanı dəstəklədi, onun tərəfində durdu. Azərbaycanı sanksiyalarla qorxutmağa başladılar.
Rusiya isə Ukraynada çox çətin vəziyyətə düşüb. Onun islam dünyasının ittifaqına ehtiyacı var. Prosesi real vəziyyətə uyğun dəyərləndirmək lazımdır. Bir sözlə, Rusiya bu gün ehtiyac duyduğu Azərbaycana qarşı sərt plan tətbiq edə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 831 Tarix: 20 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr