İlahiyyat məscidində FHN İŞGƏNCƏSİ: Nazirlik problemi həll etmək əvəzinə, məsələni "qonşu mübahisəsinə" bağlayır – TƏFƏRRÜAT/FOTOLAR

İlahiyyat məscidində FHN İŞGƏNCƏSİ: Nazirlik problemi həll etmək əvəzinə, məsələni "qonşu mübahisəsinə" bağlayır – TƏFƏRRÜAT/FOTOLARBakıdakı İlahiyyat məscidinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaratdığı problem barədə məlumat vermişdik.

Yenicag.az xatırladır ki, məsciddə istilər səbəbindən ibadətə gələnlər əlavə problemlər yaşayırlar.

Belə ki, FHN məscidin ərazisində transformator quraşdırmağa icazə vermədiyindən bu ibadət obyektində kondinsionerləri işlətmək mümkün olmur. Bu da məscidin içərisində həddindən artıq istilər səbəbindən ibadət edənlərin vəziyyətini çətinləşdirir.

Qeyd edək ki, İlahiyyat məscidi Türkiyənin ölkəmizdə tikdiyi ibadət ocağıdır. Bu məsciddə yaradılan problem bu isti yay günlərində ibadətə gələnlərə problem yaratmaqla yanaşı, Azərbaycan-Türkiyə əlaqələrinə qarşı yönəlmiş hərəkət kimi də dəyərləndirilməlidir.

Bir zamanlar Ramiz Mehdiyevin Azərbaycan-Türkiyə münasibətlərini korlamağa yönəlmiş hərəkətlərini indi də FHN davam etdirir. Azərbaycan vətəndaşları gözəl xatırlayır, 2009-cu ildə Ramiz Mehdiyevin göstərişi ilə Şəhidlər məscidinin yaxınlığında Türk Şəhidliyi xatirə kompleksindəki Türkiyə bayraqları çıxarılıb, hətta bayraq dirəkləri kəsilmişdi.

Dinimiz susuz insanlara bir qab su verməyi ehsan sayır. Bu isti yay günlərində İlahiyyat məscidində ibadət edənlərə istilərlə əzab vermək insanlara qarşı haqsızlıq, Allaha xoş getməyən əməl sayılır.

Onu da xatırladaq ki, İlahiyyat məscidində transformator quraşdırılmasından nazirin xəbərinin olmadığı bildirilsə də, məscidin icmasına göndərilən məktubdan nazirin bu məsələdən xəbərdar olduğu məlum olur.

Qurban bayramı günlərində Azərbaycanın bütün məscidləri ilə yanaşı, İlahiyyat məscidində də bayram namazı qılındı. Minlərlə insan bu bayram ibadətini yerinə yetirmək üçün İlahiyyat məscidinə axışıb. FHN isə bu bayram günlərində məsciddə ibadətə gələnlərə faktiki olaraq, zülm edib. Çünki məscidin icmasının ərazidə transformator quraşdırıb, məsciddə kondinsioner işlədilməsinə icazə verməmək insanlara zülm etməkdir.

FHN Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin rəis müavini Zenfira Rzayevinin imzası ilə məscidin dini icmasına göndərilən məktub problemi həll etmək əvəzinə, əslində problem yaradıb. Məktubda bir yandan İlahiyyat məscidi ilə "Bakı Universiteti" MTK arasında guya hansısa "torpaq mübahisəsinin olduğu" qeyd edilir, bunun həllinin FHN-nin səlahiyyətlərinə aid olmadığı bildirilir, məsələnin "hüquqi müstəvidə həlli məqsədəuyğun sayılır", digər tərəfdən isə transformatorun quraşdırılması üçün tikinti obyekti sökülür. Bir sözlə, FHN problemi həll etmir, bu məsələni "qonşu davası", "qonşuların şikayəti" müstəvisinə çəkir. Halbuki transformatorun quraşdırılması üçün tikinti sahəsi İlahiyyat məscidinin öz həyətindədir, bu ərazi də başqa kiminsə mülkiyyətinə daxil deyil. Bundan əlavə, məhkəmə qərarı olmadan tikintini dayandırmaq və ya sökmək də qanunla qadağandır.

Ümid edək ki, bu isti yay günlərində insanlara xeyirxahlıq etmək baxımından İlahiyyat məscidində problem yaradanların qəlbinə azacıq da olsa, insaf düşəcək, ibadətə gələnlərin bu istilərdə əziyyət çəkməməsi üçün problemi normal qaydada həllinə şərait yaradacaqlar.

Yenicag.az yazıda sadalanan məlumatlarla bağlı Fövqəladə Hallar Nazirliyinin mövqeyini dərc etməyə hazır olduğunu, mövzunu diqqətdə saxlayacağını bildirir.
İlahiyyat məscidində FHN İŞGƏNCƏSİ: Nazirlik problemi həll etmək əvəzinə, məsələni "qonşu mübahisəsinə" bağlayır – TƏFƏRRÜAT/FOTOLARİlahiyyat məscidində FHN İŞGƏNCƏSİ: Nazirlik problemi həll etmək əvəzinə, məsələni "qonşu mübahisəsinə" bağlayır – TƏFƏRRÜAT/FOTOLARİlahiyyat məscidində FHN İŞGƏNCƏSİ: Nazirlik problemi həll etmək əvəzinə, məsələni "qonşu mübahisəsinə" bağlayır – TƏFƏRRÜAT/FOTOLARİlahiyyat məscidində FHN İŞGƏNCƏSİ: Nazirlik problemi həll etmək əvəzinə, məsələni "qonşu mübahisəsinə" bağlayır – TƏFƏRRÜAT/FOTOLARİlahiyyat məscidində FHN İŞGƏNCƏSİ: Nazirlik problemi həll etmək əvəzinə, məsələni "qonşu mübahisəsinə" bağlayır – TƏFƏRRÜAT/FOTOLARİlahiyyat məscidində FHN İŞGƏNCƏSİ: Nazirlik problemi həll etmək əvəzinə, məsələni "qonşu mübahisəsinə" bağlayır – TƏFƏRRÜAT/FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1112   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə sənəd qəbulu aprel ayının 15-nə qədər davam edəcək. Bu barədə -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. "Kvotanın 93 faizi dolub, cəmi 7 faiz yer qalıb", - deyə V.Cahangir

4 aprel
.

Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı

4 aprel
.

Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?

Dünən Sumqayıt 1 nömrəli xəstəxanasında insident yaşanıb. Bu barədə -a hadisə şahidləri məlumat verib. Xəstəxanada göndəriş almaq üçün böyük növbə yaranıb. Həmin vaxt xəstəxana mühafizəçiləri tez-tez göndəriş yazılan otağa girib çıxmağa başlayıb. Vətəndaşlar mühafizəçilərin əllərində kağız növbədənkəna

4 aprel
.

Sağlamlığımıza niyə laqeyd yanaşırıq? - AÇIQLAMA

Gündəlik həyatın sürəti, stress və müxtəlif psixoloji faktorlar bəzən insanları ən dəyərli şey - sağlamlıq qarşısında belə laqeyd edir. Çoxları riskləri bilsə də, yenə də özünə zərər verən davranışlardan imtina etmir. Bəs görəsən nədir bunun səbəbi? . Psixoloq G.Qədirli bu barədə -a açıqlama verib:

3 aprel
.

TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub

TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Zeynal Bayramlı təyinat alıb. Qeyd edək ki, o bundan öncə 2024-2026-cı illərdə özəl tibb müəssisələrindən birində tibbi məsələlər üzrə direktor olub

5 aprel
.

TƏCİLİ! Xəzərdə gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər dəniz akvatoriyasınd

5 aprel
.

27 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 27 yaşlı gənc yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində baş verib. 199-cu il təvəllüdlü şəhər sakini Vüqar Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb. Meyit müayinə olunmaq üçün təhvil verilib. Faktla bağlı şəhər prokurorluğund

4 aprel
.

Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO

Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib. Xəzər TV-yə istinadla xəbər verir ki, son dövrlərdə skuter kimi kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin sayında kəskin artım müşahidə olunur. Daxil

5 aprel
.

Bu il uşaqlara daha çox hansı adlar verilib? - Statistika

2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Bizim.Media Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Rau

4 aprel