Keçmiş polis əməkdaşını baltalayaraq qətlə yetirdilər - DETALLAR
Ötən ilin iyun ayında Biləsuvar rayonunda keçmiş polis əməkdaşı 1983-cü il təvəllüdlü Bayram Bayramovu balta ilə qətlə yetirən Fəxrəddin Həsənovun məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1971-ci il təvəllüdlü F.Həsənov Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə, qanunsuz azadlıqdan məhrumetmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, Fəxrəddin Həsənov ailədə həyat yoldaşına qarşı da bir neçə dəfə zorakılıq əməlləri törədib.
Hadisəyə gəlincə, F.Həsənov yaşadığı qəsəbənin ərazisindəki çayxanada Bayram Bayramova qəfil yaxınlaşaraq balta ilə onun başına zərbə endirib. Ağır xəsarət alan 40 yaşlı keçmiş polis əməkdaşı hadisə yerində ölüb.
Məhkəmədə sənədlərin araşdırılması zamanı qətlə yetirilən B.Bayramovun hadisədən əvvəl daxili işlər orqanlarından xaric edilməsi də məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Həsənova 19 il həbs cəzası verilib.

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3374 Tarix: 20 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda qəzada yaralanan azərbaycanlı qız öldü
Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada müalicə olunan azərbaycanlı qız vəfat edib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, Marneuli bələdiyyəsinin Keşəli kənd sakini Asimət Kərimova xəstəxanada həyatını itirib. Qeyd edək ki, A.Kərimova yaşadığı Marneul
13 yanvarSevinc Osmanqızının məhkəmə istintaqı başladı
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov, Beydulla Manafovun məhkəməsi başlayıb. -ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərək cinayə
30 dekabr 2025Gürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Ölümlə nəticələndi
Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarətlər alması ilə nəticələnib. "Qafqazinfo" -yə istinadən xəbər verir ki, hadisə yanvarın 5-i axşam saatlarında kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra kafedə dava
7 yanvar22 qadın azadlığa çıxır - 2-si övladı ilə birlikdə-Fotolar
Bu gün Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən 22 qadın azadlığa buraxılır. "Qafqazinfo" xəbər verir ki, məhkumlar bir azdan azadlığa çıxacaqlar. Onlardan ikisi azyaşlı övladı ilə saxlanılır. Məhkumlardan biri Konqo vətəndaşıdır
22 dekabr 2025Ev sahibini öldürüb üstündə it damı tikdi - Xaçmazda dəhşətli qətl
Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadisənin bəzi detalları üzə çıxıb. "Qafqazinfo"nun "Shimal News"a istinadla verdiyi məlumata görə, araşdırmalar zamanı bəlli olub ki, Ə. Əkbərov bir müddət əvvəl ailəsindən ayrılıb və ona məxsus evdə şübhəli S. Həsənəliye
25 dekabr 2025Hakimin oğlu əvvəl arvadını bıçaqladı - Sonra özünü binadan atdı
"Qonşu binadan dünən gecə 35 yaşlı bir kişi özünü ataraq öldürüb. Özünə qəsd etməzdən əvvəl isə həyat yoldaşını bıçaqlayıb". Bu barədə müğənni Nura Suri paylaşım edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib. 34 yaşlı Emil Əliye
26 yanvarBakıda toyda qadın qəfil öldü
Dünən payaxtın Binəqədi rayonunda keçirilən toy mərasimlərindən birində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə saat 19 radələrində 8-ci mikrorayondakı İ.Dadaşov küçəsində yerləşən "Zirvə" şadlıq sarayında qeydə alınıb. Belə ki, Bakı sakini 1951-ci il təvəllüdl
26 yanvarBakıda oğul anasını amansızlıqla qətlə yetirdi
Bakıda oğul anasını öldürüb. trend-ə istinadən xəbər verir ki, faciə barədə ailənin yaxınları məlumat yayıb. Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib
26 yanvarQayınanasının ilindən sonra qətlə yetirildi - Şübhəli əridir
Bakıda qətl hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, 1986-cı il təvəllüdlü Günel Abbasova qətlə yetirilib. Hadisəni törətməkdə Biləsuvar rayonunun Nəsimikənd kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Firuz Akif oğlu şübhəli bilinir. Məlumata görə, ailə son 10 il ərzində paytaxtda kiray
21 yanvar