Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?
"Azərbaycan xalqı dünyada ən çox çörək yeyən xalqdır. Buna görə dünyada birinci yerdəyik. Həm də çörək bizim üçün müqəddəsdir. Amma bizneslə məşğul olanlar xalqın çörəyi çox yeməsindən sui-istifadə edirlər. Şikayətləri analiz etdikdə görünür ki, çörəklər ya çox qısa zamanda sıradan çıxır, ya da uzun müddət saxlayanda sıradan çıxmır. Hər iki hal istehlakçı hüququnu qoruyan təşkilatı qayğılandırır".
Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son vaxtlar çörəyin keyfiyyəti ilə bağlı şikayətlərin artması haqqında danışarkən deyib.
Onun sözlərinə görə, çörəyin otaq temperaturunda orta saxlanma müddəti 72 saatdan artıq deyil: Dərmanlar
"Əgər tez bir zamanda çörəkdə yapışqanlıq əmələ gəlirsə, bu o deməkdir ki, həmin sexin unu artıq kartof xəstəliyinə tutulub. Onu təmizləmək isə asan məsələ deyil. Bu cür yapışqanlı çörəklər mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. Çünki orada artıq göbələklər var və insanlar bundan xəstələnə bilər. Əgər çörək uzun müddət saxlanılırsa və xarab olmursa, bu da ziyanlıdır. Çünki demək, çörək artıq kimyalaşıb. Hər iki problemi müşahidə edirik. Çörəyin quruması isə normal haldır".
E.Hüseynov deyib ki, isti çörək də mədə-bağırsaq xəstəliklərinə səbəb olur:
"Çox təəssüflər olsun ki, azərbaycanlılar isti çörəyə üstünlük verirlər. Bu isə mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. İsti çörək mədədə gec həll olunsa da, insanların ona tələbatı var".
E.Hüseynov köhnə çörəklərin təzə bişirilən çörəklərə qarışdırılmasının isə illər öncə baş verdiyini bildirib: "Köhnə çörəklərin təzə çörəyə qarışdırılması məsələsi 10 il öncə baş verirdi. Hazırda bu məsələ demək olar ki, yoxdur. Bunun kökü kəsilib. Köhnə çörəyi digər təsərrüfatlara verirlər. Əgər istehlakçı şikayətlərini nəzərə alsaq, "Binə" çörəyindən tez-tez şikayətlər daxil olur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 735 Tarix: 21 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021