Piyada vurulması ilə nəticələnən qəzalar: Əsas məsuliyyət kimin üzərinə düşür?

Piyada vurulması ilə nəticələnən qəzalar: Əsas məsuliyyət kimin üzərinə düşür?Piyadaların vurulması ilə bağlı xəbərlərə mütəmadi olaraq rast gəlirik. Cəmiyyətdə belə yanaşmalar var ki, qanun piyada vurulması ilə nəticələnən hadisələrdə əsas məsuliyyəti sürücülərin üzərinə qoyur.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev "Kaspi" qəzetinə müsahibə verib.

"İzləyicilər qəza anını bir rakursdan izləyirlər"

- Bəzən piyada hərəkətdə olan avtomobilin qarşısına çıxır və qəza baş verir. Sonuncu bu tipli bir hadisədə sürücüyə 5 il həbs cəzası verildi. Videonu izləyəndə, çox adam fikir bildirdi ki, sürücünün nə günahı var idi?

- Əksər hallarda yol-nəqliyyat hadisələri ilə bağlı paylaşılan video görüntülər bir rakursdan çəkilmiş olur və izləyicilər də qəza anını məhz həmin rakursdan izləyirlər. Bu səbəbdən insanların müxtəlif subyektiv mülahizələr bildirilməsi anlaşılandır. Lakin ölümlə, yaxud xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi hüquqi nəticə yaradır və hüquqi faktdır. Bu hüquqi fakta da qanunvericiliyə uyğun yanaşılmalı, mütəxəssis rəylərinə istinad olunmalıdır. Ölümlə, yaxud xəsarətlə nəticələnən hər bir yol-nəqliyyat hadisəsi təhqiqat, istintaq orqanı tərəfindən araşdırılır, sübutlar toplanır, şahid bazası müəyyən olunur, ekspertizalar təyin edilir və s. Bütün bu proseslər prokuror nəzarəti altında aparılmaqla, cinayət və ya inzibati icraatla bağlı toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilir və əmələ hüquqi qiymət verilir.

- Qiymətləndirmədə hansı amillər rol oynayır?

- Nəqliyyat vasitəsinin qəza anında olan sürəti, texniki sazlığı, yol və hava şəraiti, sürücünün sərxoş vəziyyətdə olub-olmaması, psixoloji və fiziki durumu, diqqəti yayındıracaq hərəkətlərlə məşğul olub-olmaması, eləcə də piyadanın nəqliyyat vasitəsinin önünə hansı şəraitdə çıxması, yolu müəyyən edilmiş yerdən keçib-keçməməsi, sərxoşluq vəziyyəti və sair bir sıra məsələlər burada önəmlidir.

- Ekspertizanın rəyi çox vaxt "sürücü qəzanın qarşısını ala bilərdi" kimi olur.

- Qanunvericiliyə görə, sürücü yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün bütün mümkün tədbirləri görməlidir və bu, onun vəzifəsidir. Əgər toplanmış sübutların məcmusu, təyin olunmuş müvafiq ekspertizaların nəticələri sürücünün qəzadan yayınmaq imkanının olduğunu təsdiq edirsə, lakin sürücü bunu etməyibsə və ya bacarmayıbsa, deməli, buna hansısa amillər səbəb olub. Həmin faktlara baxılır.

Qəzaların əsas səbəbləri

- Bəzən sürücülərin qəzanın qarşısını ala bilməməsinin əsas səbəbləri hansılardır?

- Yol-nəqliyyat hadisələrinin başlıca səbəbi sürücülərin yolda sürət rejiminə əməl etməmələri, yaxud sürət həddini hava və ya yol şəraitinə uyğun seçməmələri, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulmasıdır. Məsələn, ötən il sürücülərin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin 41,5 faizi nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi ilə bağlı olub.

Mümkündür ki, yola sahibsiz heyvan, uşaq, sərxoş və ya anlaqsız şəxs çıxsın. Və bu o demək deyil ki, sürücü yolda müəyyən olunmuş sürət həddini aşmadan yola çıxan şəxsi vurursa, məsuliyyət daşımır. Bəzən sürət həddi gözlənilir, amma sürücü diqqətsizliyi maneəni vaxtında görməyə və qarşısını almağa mane olur. Məsələn sürücü sərnişinlə danışır, yaxud telefon və ya audiovizual cihazlara aludə olur.

Deyək ki, sürücü sürət həddini mövcud vəziyyətə uyğun seçib, gümrah vəziyyətdədir və sair. Demək növbəti amil avtomobilin texniki vəziyyətidir.

Təbii ki, ədalət mühakiməsi zamanı sürücünün də hüquqları qorunur. "Piyada vurulursa, günahkar həmişə sürücüdür" deyimi hüquqi əsası olmayan subyektiv yanaşmadır.

Sürücünün üzərinə daha çox məsuliyyət düşür

- Sürücülər deyirlər ki, Azərbaycanda piyada vurulması zamanı daha çox məsuliyyət sürücünün üzərindədir, amma piyada da yol hərəkəti iştirakçısıdır, onun da məsuliyyəti sürücü qədər olmalıdır.

- Qanunvericiliyə əsasən, şəxsin mexaniki nəqliyyat vasitəsini idarə edə bilməsi üçün sürücülük hüququ olmalıdır. Bu mənada sürücünün üzərinə piyadalardan və digər hərəkət iştirakçılarından daha çox məsuliyyət düşür. Mülki Məcəllədə nəqliyyat vasitəsini idarə etməyin təhlükəli fəaliyyət növü olması qeyd edilir. "Yol hərəkəti haqqında" qanunda piyadaların da hüquq və vəzifələri təsbit olunub. Odur ki, piyadalar da üzərilərinə düşən vəzifələri yerinə yetirməli və məsuliyyət daşıdıqlarını bilməlidirlər.

- Piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin bir qismi elə piyada zolaqlarının üzərində baş verir...

- Piyada öz həyatını sürücüyə etibar etməməlidir. Qanunda göstərilir ki, piyada sürücünün ona yol verəcəyinə tam əmin olduqdan sonra yolu ləngimədən keçməlidir.

Qeydə alınan rəqəmlər bir daha onu deməyə əsas verir ki, sürücülərlə yanaşı, piyadalar arasında da yol hərəkəti qaydalarına biganəlik hissi aradan qaldırılmalıdır.

- Sürücülərin piyada ölümlərində məsuliyyəti məsələsində yumşaldılmalara gedilməsi ilə bağlı tez-tez təkliflər səsləndirilir.

- Mövcud qanunvericiliyi sürücülərə münasibətdə sərt hesab ediriksə, onda məntiqlə bu gün sürücü məsuliyyətsizliyi səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı az olmalı idi. Lakin statistik göstəricilər bu iddianı təkzib edir. Odur ki, hazırda ölkəmizdə icra olunan yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1238   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa

21 sentyabr
.

ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq

Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər

19 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Azərbaycanda DƏHŞƏT! 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu

Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib. -ın məlumatına görə, hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib. Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir - red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub

26 sentyabr
.

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd

19 sentyabr
.

Zəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO

Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar

24 sentyabr
.

İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO

Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki

15 sentyabr
.

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO

Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya

21 sentyabr