"Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb" demişdi - Cəza aldı

"Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb" demişdi - Cəza aldıSabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, 2000-2015-ci illərdə deputat olmuş, hazırda AMEA-nın şöbə müdiri vəzifəsində çalışan Elton Məmmədov məhkəməyə müraciət edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, E.Məmmədov biznesmen tanışı 1955-ci il təvəllüdlü Lyubov Vladimirovna Bağırovadan xüsusi ittiham qaydasında şikayət edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciətində Lyubov Bağırovanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri (Böhtan və təhqir) cəzalandırılmasını tələb edib.

Bildirilib ki, ötən ilin sentyabrında agentliklərin birində Lyubov Bağırova və həyat yoldaşının müsahibəsi dərc edilib. Məhkəmədə "Nazir qardaşının adı çəkilən iş haqda" adlı həmin məqalədən bəzi hissələr elan edilib: "2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyubov Bağırovlar ailəsi ovaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E.Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktoru olduğu MMC-yə faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyadan Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə "Azəryolservis" ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən vasitəçilik edib. Sövdələşmən ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov "himayədarlıq edib", sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyubov Bağırovlar dövlət şirkətinin adıçəkilən rəhbəri ilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub".

Elton Məmmədov isə onun barəsində yazılanların böhtan və təhqir olduğunu iddia edib.

Məhkəmədə özünü müdafiə edən 69 yaşlı sahibkar Lyubov Bağırova Elton Məmmədovla bağlı dediklərinin həqiqət olduğunu bildirib: "Ərim Elxan Bağırovla birlikdə 2005-ci ildə MMC-ni təsis edərək həmin dövrdə Milli Məclisin deputatı olan Elton Məmmədovla Rusiyanın müxtəlif zavodlarından yol təsərrüfatında istifadə edilən ağır texnikanın Azərbaycana idxalı ilə bağlı birgə biznes fəaliyyəti ilə məşğul olmuşuq. Elton Məmmədov bizə texnikanın alqı-satqısı ilə bağlı müqavilələrin bağlanması üçün rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək 2012-ci ilin iyun ayında 1,4 milyon ABŞ dolları, 2014-cü ilin dekabr ayında 1,2 milyon ABŞ dolları, 2015-ci ilin avqust ayında isə 400 000 manat məbləğində pul alıb. Həmçinin 2012-ci ildə mənə məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən əmlak kompleksi alqı-satqı yolu ilə digər vəzifəli şəxsin adına rəsmiləşdirilib".

Elton Məmmədov isə ifadəsində Lyubov Bağırova və Elxan Bağırovun 2018-2021-ci illərdə ona maddi yardım etmək məqsədilə dost kimi müraciət etdiklərini deyib: "Mən də uzunmüddətli dostluq münasibətlərini nəzərə alaraq əmək fəaliyyəti nəticəsində əldə etdiyim əmlaklarımdan onlara təmənnasız əmlak vermişəm ki, satıb borclarını ödəsinlər və maddi imkanları düzəldikdən sonra qaytarsınlar. Barəsində şikayət etdiyim Lyubov Vladimirovna onlara göstərdiyim maddi və mənəvi köməyə görə mənə yazılı minnətdarlıqlarını da bildirib. Lakin ilkin olaraq xahiş kimi edilən hərəkətlər sonralar hədə-qorxu ilə pul tələb etmə ilə əvəzləndi. Lyubov Bağırova təkidlə məndən əlavə borc pul tələb etməyə başladı, tez-tez çalışdığım Azərbaycan Milli Elmlər Akademiyasının binasına və evimə gəlib belə hərəkətlərini davam etdirirdi. Ona pul verməyə imkanımın olmadığını bildirdikdə, məni guya onları müflis etmək, pullarını mənimsəməkdə hədələdi. Barəmdə hüquq-mühafizə orqanlarına şikayətlər edəcəyini, böhtan atacağını söylədi. Lakin mən bir ziyalı, dövlət qarşısında xidmətləri olan şəxs kimi dövlətə, qanunlara güvənərək onlara əhəmiyyət vermirdim. Elxan Bağırovun ailəsi ilə vaxtında dostluq etdiyimdən Lyubov Bağırovaya qarşı şikayət etmirdim. Bununla belə L.Bağırova müxtəlif informasiya saytlarında məqalə dərc etdirərək mənə böhtan atıb, şərəf və ləyaqətimi, işgüzar nüfuzumu qəsdən alçaldıb. Məni ağır cinayətdə ittiham etməklə öz qanunazidd hərəkətlərini davam etdirib".

Nəsimi Rayon Məhkəməsi Lyubov Bağırovanı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə təqsirli bilib. Ona qazancının 5 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası verilib.

Qeyd edək ki, E.Məmmədov deputatlıqdan sonra AzTU-nun strateji inkişaf üzrə prorektoru, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru kimi vəzifələrdə də çalışıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1380   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

3 aprel
.

Aprelin 6-sı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ

Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib. Məlumata əsasən, aprelin 6-da Abşeron yarımadasında yağışlı və küləkli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssa

5 aprel
.

Küləklə bağlı növbəti - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda v

4 aprel
.

Sağlamlığımıza niyə laqeyd yanaşırıq? - AÇIQLAMA

Gündəlik həyatın sürəti, stress və müxtəlif psixoloji faktorlar bəzən insanları ən dəyərli şey - sağlamlıq qarşısında belə laqeyd edir. Çoxları riskləri bilsə də, yenə də özünə zərər verən davranışlardan imtina etmir. Bəs görəsən nədir bunun səbəbi? . Psixoloq G.Qədirli bu barədə -a açıqlama verib:

3 aprel
.

6 uşağın zəhərləndiyi ailənin - 2 yaşlı Gülcənnəti öldü

Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. Digərlərinin müalicəsi davam edir. Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunma

4 aprel
.

Xəzər dənizinin səviyyəsi 20 illik azalmadan sonra sabitləşib

"Yaxın gələcəkdə Xəzər dənizinin quruması ehtimal olunmur, onun suyunun səviyyəsi isə 20 il davam edən azalmadan sonra tarazlıq vəziyyətinə çatıb". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyasının (REA) Su Problemləri İnstitutunun baş elmi işçis

4 aprel
.

Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı əsasında müşavirə keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müşavirədə martın 26-28-də respublikanı

4 aprel
.

"Bu yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir" - İran səfiri

ranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir. İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb. Səfir bildirib ki, sayca 3-cü yardım karvan

4 aprel
.

Azərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI

Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir

4 aprel