Gün eynəklərinin əksəriyyəti standartlara cavab vermir - Ekspertlər nə deyir?

Gün eynəklərinin əksəriyyəti standartlara cavab vermir - Ekspertlər nə deyir?Azərbaycana Çin, Dubay, Hindistan, Türkiyə və İrandan gətirilən gün eynəklərinin səksən faizi standartlara cavab verməyən plastik eynəklərdir.

Bu sözləri "Report"a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, günəş eynəkləri əmtəə bazarına daxil olmadan öncə sertifikatlaşmalı və yoxlanılmalıdır.: "Bu istiqamətdə kifayət qədər iş görülmür. Çünki Nazirlər Kabinetinin 343 nömrəli qərarı (Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında) ləğv olunub".

E.Hüseynov qeyd edib ki, orijinal firma eynəklərinin yanında xüsusi kağız testlər olmalıdır. Eynək brenddirsə, üzərində "polaroid" yazılır. Alıcı öz hüququnu bilməli, gün eynəyi alarkən sertifikat tələb etməlidir.

Birlik sədri, həmçinin xatırladıb ki, məhsulun brend olmağı onun keyfiyyətinə zəmanət vermir: "Bahalı mağazalarda müəyyən standartlara əsasən hazırlanan eynəklər satılır. Lakin kim deyə bilər ki, hansı eynək hansı göz problemindən əziyyət çəkən insan üçün məsləhətlidir. Ümumiyyətlə, insanlara tövsiyə edirəm ki, günəş eynəklərindən uzaq olsunlar".

Məsələ ilə bağlı "Report"a danışan oftalmoloq (okulist) Rəna Qanbay isə Azərbaycan iqlimində günəşə qarşı eynəklərin istifadəsinin vacib olduğunu bildirib.

"Gün eynəklərindən istifadə Cənub və Şərq ölkələrində xüsusilə də yayda ultrabənövşəyi şüaların insan oqranizminə yaxından təmas edən iqlimə malik yerlərdə mütləqdir. Çünki bədənin temperaturu olduğu kimi, buynuz qişanın da öz temperaturu var. Buynuz qişa baxmayaraq ki ön səddədir, göz qapağı açılıb-yumulduqda onu daim nəmləyir. Buna görə də buynuz qişanın temperaturu normadan aşağı olur. Gözdə damar olmadığına görə o, gözyaşı və hava ilə qidalanır. Hava isti olanda isə gözdə nisbi quruluq, çatlar yaranır. Belə hallarda biz lubrikant (süni göz yaşı) deyilən dərmanları tövsiyə edirik. Bu səbəbdən günəşli günlərdə çölə çıxanda göz eynəkləri mütləq istifadə olunmalıdır", - deyə oftalmoloq qeyd edib.

R.Qanbay eynək taxmaq kompleksi olan, yaxud işi səbəbindən istifadə edə bilməyən insanlara linza taxmağı tövsiyə edir, küçələrdə satılan eynəkləri isə məsləhət görmür: "Yol kənarında satılan və üstünə plyonka çəkilmiş eynəklər nə şüşədəndir, nə də plastmasdan. Belə eynəklər gözdə yad cisim hissi, yaşarma, kirpik dibi kəpəyi, göz qapaqlarının şişməsi, göynəmə, yanma, görmə itiliyinin azalması kimi fəsadlar yaradır".

Okulist əlavə edib ki, əgər eynəyin şüşəsindən iy gəlirsə, istifadə zamanı gözdə bulanıqlıq və sədd yaranır, fokus haçalanırsa, o istifadəyə yararsızdır: "Belə eynəkləri suya salandan sonra toxunsan, çartlayır. Keyfiyyətsiz ayaqqabılar ayağı necə tərlədir, ağırlıq yaradır, müxtəlif xəstəliklərə gətirib çıxarırsa, gözünüz də həmin şüşələrə məruz qalanda eyni şey buynuz qişasında yaranır".

Oftalmoloq Fəxriyyə Yusifzadə "Report"a açıqlamasında şüşəsi tünd rəngdə olan bütün eynəklərin günəşdən qorumaq funksiyası olmadığını deyib: "Gün eynəyi gözü ultrabənövşəyi şüalardan qorumaq üçün istifadə edilir. Günəş eynəklərində ultrabənövşəyi şüalardan qoruyan filtr yoxdursa, gözün daxili strukturları günəşin şüalarına məruz qalır. Nəticədə insanlarda göz patologiyası artır, yaxud yenisi yaranır".

O əlavə edib ki, gün eynəkləri yanlız optik eynəklər satılan mağazalardan alınmalıdır: "Həmin yerlərdə eynəyin optik olduğunu yoxlamaq üçün xüsusi testlər var. İnsanlar bunu özləri edə bilməzlər. Hətta məşhur butiklərdə satılan gözlüklər optik deyilsə, almağı məsləhət görmürəm. Onlar sadəcə estetik görünüş üçün alına bilər".

Sosioloq Əhməd Qəşəmoğlu isə problemin həllini belə malların xüsusi dövlət qurumları tərəfindən nəzarətə götürülməsində görür: "Müvafiq orqanlar belə malların keyfiyyətinə nəzarəti artırmalıdırlar. Keyfiyyətsiz məhsul satışının qarşısı alınsa, biznes məqsədi ilə belə məhsulları satanlara qarşı cəza tətbiq edilsə, daha məqsədəuyğun olar. Xarici ölkələrdə bu tip məhsulların satışı limitləndirilir. Təklif edirəm ki, eyni təcrübə ölkəmizdə də tətbiq olunsun".

O, cəmiyyətin bu mövzuda məlumatlandırılımasının önəmini vurğulayıb: "İnsanlar gün eynəyi haqda nə orta məktəbdə öyrənib, nə də hansısa bir mənbədən məlumat əldə ediblər. Buna görə də, ucuz və gözəl eynək gördükdə almağa üstünlük verirlər. İnsanlar risklərlə bağlı mütləq məlumatlandırılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 777   Tarix: 29 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr