Dəhşətli qəza bir ailəni MƏHV ETDİ: Çox sayda yaralı var, dördü uşaqdır - Hadisə yerindən GÖRÜNTÜLƏR

Dəhşətli qəza bir ailəni MƏHV ETDİ: Çox sayda yaralı var, dördü uşaqdır - Hadisə yerindən GÖRÜNTÜLƏRQaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərdən ikisi azyaşlıdır.

"Report"un məlumatına görə, rayon ərazisində "Ford" və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır.

Qəza zamanı onların iki azyaşlı övladı xəsarət alıb. Hadisə onlar Qaxdan yaşadıqları Cəfərabad kəndində qayıdan zaman baş verib.

Faktla bağlı cinayət işi başlanılıb.

22:53

Qaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində "Ford" və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan altı sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

22:32

Qaxda baş verən dəhşətli qəzada ölənlərin sayı dörd nəfərə çatıb.

"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində altı-yeddi nəfərin yaralandığı bildirilir.

21:42

Qax rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və VAZ-21015 markalı avtomobilin toqquşması nəticəsində VAZ-21015-də olan sürücü və sərnişin hadisə yerində ölüblər. VAZ-21015-də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3603   Tarix: 29 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ata və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO

Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini

17 sentyabr
.

İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı

İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər

14 sentyabr
.

Uşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi

Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli

24 sentyabr
.

77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb

ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə

21 sentyabr
.

Hamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar

20 sentyabr
.

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng

21 sentyabr
.

Boşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEO

Türkiyənin Karaman şəhərində övladlarının uzun müddət xəbər ala bilmədiyi boşanma mərhələsində olan cütlük evlərində ölü tapılıb. Hadisə zamanı mənzildə "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd və müxtəlif kimyəvi maddələr aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Zembill

24 sentyabr
.

Laçında traktor minaya düşdü

İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

26 sentyabr
.

Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

20 sentyabr