Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı

Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı1916-cı il dekabrın 30-da tariximizin ən sirli, mübahisəli və bədbəxt personajlarından biri olan Qriqori Rasputin Petroqradda qətlə yetirilib. O, son Rusiya imperatoru II Nikolayın qalmaqallı sevimlisi və ailəsinin dostu kimi dünya şöhrəti qazanıb.

Rasputin çox müammalı və sirli bir şəxsiyyəti olub. Rasputin Sankt-Peterburq mühitində mənəvi asketizmi və şəfaçı "hədiyyəsi" sayəsində məşhurlaşıb. İnsanların taleyini təxmin etmək və gələcəyi görmək qabiliyyəti ilə Çarın diqqətini cəlb edib. Onun ölümü haqqında mifik rəvayətlər dolanır.

Guya: Onun şərab və tortuna zəhər qatıblar. Lakin heç bir təsiri olmayıb. Bir məclis zamanı, adamlardan biri təklikdə onu arxadan bıçaqlayıb və öldüyünü fikirləşib otaqdan çıxıb. Sonra paltosunu unudan qatillərdən biri otağa qayıdanda onun hələ də sağ olduğunu görüb və boğmağa başlayıb. Tərpənməz halda olsa da, nəfəs aldığını görüblər. Daha sonra otağa girən digər qatillər onu daha 3 dəfə bıçaqlayıblar, amma Rasputin yenə də ayağa qalxmağa çalışıb. Bu zaman onu beyzbol çubuğu ilə vurmağa başlayıblar və kəfənləyib çaya atıblar. Sonradan ekspertizada məlum olub ki, Rasputin çayın soyuq olmasından dünyasını dəyişib.

Əslində bunlar hamısı əfsanədir. Rusiya arxivlərində onun ölümü haqqında rəsmi sənədlərdə yazılıb: "Yarılma materiallarına görə, Rasputinin bədənində heç bir zəhər izi tapılmayıb. İlk güllə yarası ölümcül idi. İkinci güllə onun kürəyinə dəyib. Alnından üçüncü güllə mərmisi çıxarılıb. Ağciyərlərdə su və ya boğulma ilə bağlı digər ölüm əlamətləri aşkar edilməyib".

Beləliklə, bu sənəd göstərir ki, Rasputinin fövqəltəbii heç bir gücü olmayıb.

Bəs onu öldürən kim idi?

Bu barədə Rusiyada müxtəlif versiyalar var. Lakin arxivlərdə bir ismin adı üzərində çox durulur: Ürfan Yusubov!

Kimdir Ürfan Yusubov?

Rusiyada Fyodor Fyodoroviç Yusubov kimi tanınan Ürfan İbrahim oğlu Yusifli Ağdam rayonunda anadan olub. Atası imkanlı bəy ailəsindən idi.

Kriminal dünyada Bəbir kimi tanınan bu şəxs Lenin və Stalinlə həbs düşərgəsində yatmışdır. Peterburq Tibb Universitetində təhsil alan Ürfanın burada soyadı Yusubov kimi göstərilir. Yusifli soyadını qəbul etməyən Universitet ona "ov-yev" soyadı götürmək şərti qoyur. Atasının imkanlı şəxs kimi daima ona maddi yardım etməsinə baxmayaraq, cəmiyyətdə sosial ədalətslik görərək etirazını dəfələrlə bildirəm Ürfan yuxarı təbəqədən olan şəxslərin kasıb insanları əzməsinə dözə bilmirdi. Onun ilk həbsi yüksək çinli şəxsin qohumunu bir neçə bıçaq zərbəsi ilə öldürdükdən sonra olub. 10 illik həbs cəzası alan Ürfan Yusubov Rusiyanın şimalında olduğu həbsdə də güclülərin zəifləri əzməsini görüb, "qara qanun" deyilən bir qaydalar sistemi yaratmaq qərarı alır və o, bu qanunları Moğol imperatoru Çingiz xanın Yasası əsasında yazır. Çingiz xanın dövründən başlayaraq monqolların Qanunlar Məcəlləsi adlanan Böyük Yasada nəzərdə tutulan maddələrlə ilk oğru qanunlarını yaradır. Böyük Yasada yazılan ilk iki maddə oğru dünyanının qanunlarının bünövrəsinin qoyulmasına səbəb olur. Ona kriminal aləmdə "Bəbir" deyirlər.

Qanun əsasında idarəçilik

Oğru dünyasında "qara qanun"da nəzərdə tutulan maddələr idarəçiliyin əsas bazası olmalıdır. Oğru dünyasının böyükləri nə qərar qəbul eləsə, digərləri onu müzakirə etmədən icra etməlidirlər.

Böyük oğru ailəsinin yaradılmasına səbəb olan Bəbir 1897-ci ildə Yenisey quberniyasının Şuşensk kəndinə sürgündə yaşayan Leninlə görüşür. Ona kommuist ideyalarına görə hörmət edir, dustaqların ona toxunmasına izn vermir. Stalinlə də Kirov həbsxanasında görüşür. Stalin sonradan oğru dünyasında yaratdığı sistemi Bəbirdən öyrənir. Mənbələrin qeyd etdiyinə görə, Lenin və Stalinin ən çox çəkindiyi və qorxduğu adam məhz Bəbir - Ürfan İbrahim oğlu Yusifli idi.

Tümen vilayətində onlarla millətin müxtəlif cinayətlərə görə cəza çəkdiyi həbsxanada özünə yüksək nüfuz qazanan Bəbirin barəsində 46 saylı türmənin rəisi polkovnik M.S.Kotlyarevski dəfələrlə şikayət məktubu yazsa da, oğru dünyasının ilk kralına qarşı ölkə rəhbərliyi heç bir tədbir görə bilmirlər. Çüni bütün ölkədə olan həbsxanalara malyava - məktub sistemi quran Bəbir bir anda ölkə həbsxanalarında üsyan qaldıra bilərdi.

1899-cu ildə həbsdən azad edilən Bəbir Rusiyanın Sankt-Peterburq şəhərində bir müddət yaşayır, həsbxanadan çöldə "xəzinə" yaradır. Bu xəzinə həbsxanada olan xəstə və imkansız məhkumlara yardım etmək, onların ailələrinə dəstək olmaq rolunu oynayırdı. Məhz Rasputini öldürməkdə məqsədi Çarın ən yaxın adamı olan bu şəxsin zəiflər və gücsüzlər üzərində hökmü, günahsız qızları oğurlayıb, cinsi istismara qoyması idi. Dəfələrlə ona kasıb ailələr Rasputinin onların gənc qızlarını oğurlayıb aparmasını şikayət etməsindən sonra Bəbir bu qaranlıq keçmişi olan Rasputini öldürmək qərarına gəlir. Məclislərin birində ona atəş açır, ilk gülləsi qolundan dəyir, qaçmağa çalışan Rasputinin arxasından atdığı ikinci güllə onu yerə yıxır. Üçüncü atəşi düz alının ortasına açır ki, bu da onun həyatına son qoyur.

Sual ola bilər: Bəs onun adını niyə ruslar gizlədir:

1. Bəbir Azərbaycanlı idi

2. Oğru aləminin kralı idi

3. Özü bunun hallanmasını istəməyib və Çar polis sistemi onun adını qeyd etməkdən çəkinib.

Buna görə də sənədlərdə Rasputini öldürən şəxsin Yusupov Feliks Feliksoviç olduğu yazılır.

Rus siyasətçi Purişkeviç Vladimir Mitrofanoviç də öldürən şəxsin Feliks Yusupov olmadığını qeydlərində yazıb.

Bolşeviklər Rusiyada hakimiyyətə gələndən sonra Lenin və Stalinin artan gücünü görən Bəbirin sonrakı taleyi barədə mənbələrdə qısa məlumatlar var. Türkiyəyə köçür, sonra Səudiyyə Ərəbistanına, Həcc ziyarətinə gedir. Burda də rəhmətə gedir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1520   Tarix: 04 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr