Bu yerə yenidən qayıtmaq üçün fəvvarələrə pul atmaq ənənəsi necə yaranıb?
Bir çox turistlər tətillərinin son günündə getdikləri ölkədə gölə və ya fəvvarəyə xırda "monetlər" atırlar ki, yenidən o yerlərə bir də qayıtsınlar. Bu qədim bir inancdan irəli gəlir.
Lent.az "Belə yaranıb" rubrikasında suya sikkə atmağın maraqlı tarixçəsindən bəhs edir.
Məsələn, qədim Hindistanda suyu təmizləmək və istehlak üçün yararlı hala gətirmək üçün sulara mis sikkələr atmaq adət idi. Eyni məqsədlə ərəblər, misirlilər suya qızıl və ya gümüş pullar atardılar.
Digər mədəniyyətlərdə sikkə atma ənənəsi axirət həyatına inamla güclü şəkildə əlaqələndirilirdi - məsələn, Qədim Misirdə ölülərin axirətdə yaşamaq imkanı olması üçün qəbirlərə pul qoyulurdu.
Qədim Yunanıstanın sakinləri dəniz və göllərin nimfaların (su pəriləri) və digər su ruhlarının yaşayış yerləri olduğuna inanırdılar. Buna görə də, səfərin təhlükəsiz olması üçün bu ruhları nəzir verdikləri gümüş sikkələrlə sakitləşdirməyə çalışırdılar. Qədim yunanlar hesab edirdilər ki, kim bir sikkə əsirgəsə, evə qayıtmaya bilər.
Romalılar da dəniz ilahəsi olan sevgi və gözəllik ilahəsi Veneranı sakitləşdirmək üçün suya sikkələr atırdılar.
Qədim türklər yola çıxan adamın arxasınca tez qayıtsın deyə su atardılar. Avropalılar isə suya monet atmaqla gedənin geri gəlməsini diləyərdilər.
Beləcə, bu ənənə formalaşıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 886 Tarix: 04 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr