COP29 -a qədər hansı ərazilərdə yerləşən məktəblərdə tədris onlayn olacaq? - AÇIQLAMA
COP "Conference of the Parties", yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Belə olan təqdirdə paytaxt ərazilərində fəaliyyət göstərən məktəb və universitetlərdə təsdrisin təşkili ilə bağlı müxtəlif versiyalar səsləndiirlir. Bunlardan biri tədrisin məsafədən təşkili ilə bağlıdır. COP29 -a qədər hansı ərazilərdə yerləşən məktəblərdə tədris onlayn olacaq?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda təhsil alan şagirdlərin əksəriyyəti paytaxt Bakı şəhərinin payına düşür. Bizim 51 ali təhsil müəssisəmizdə nə qədər tələbə var. Bu o deməkdir ki, təkcə təhsil prosesində 2 milyondan çox insan şəhərdə olur:
"Etiraf edək ki, orta ümumtəhsil məktəblərinin ictimai nəqliyyatın sıx yaxın olduğu yerlərdə olması hərəkət sıxlığına təsir göstərir. Bu o deməkdir ki, ali təhsil müəssisələri və kolleclər Azərbaycanın beynəlxalq arenada keçirdiyi tədbirə müəyyən mənada öz təsirini göstərəcək. COP-29 kifayət qədər beynəlxalq əhəmiyyətli tədbirdir. Burada ən vacib məqamlardan biri tədbirin təhlükəsizliyinin təmin olunması və yollarda nəqliyyat sıxlığının qarşısının alınmasıdır. Azərbaycan hal-hazırda 2020-ci ilin martından alternativ təhsilalma formasını tətbiq edə bilir. Biz pandemiya səbəbindən dərsləri onlayn rejimdə keçməyə başladıq".
Ekspertin sözlərinə görə, bizim məktəblərdə və ali məktəblərdə, digər təhsil müəssisələrində tədrisin təşkili mümkündür:
"Azərbaycanın bu istiqamətdə resursları var. Ona görə də noyabr ayında tədrisin məsafədən təşkilində heç bir problem olmayacaq. Elm və Təhsil Nazirliyi bu müddət ərzində kifayət qədər video dərslər hazırlayıb. Tədbirin keçiriləcəyi əraziyə yaxın məktəblərdə və universitetlərdə tədris onlayn rejimdə tətbiq edilə bilər. Azərbaycanda hələ də karantin rejimidir. Bunun özü də yoluxma halları ilə bağlı məsələlərdə alternativ təhsilalma formalarını tətbiq etməyə zəruri edir. Biz bütün ərazidə yerləşən məktəblərdən danışmırıq. Paytaxt Bakıda tədbirin keçirildiyi ərazilərə, yolların hərəkət axınını təmin edilən ərazilərdə yerləşən məktəblər onlayn rejimə keçə bilər. Bu o demək deyil ki, həmin məktəblər bağlanmalıdır. Qanunvericilikdə bununla bağlı müvafiq qərar mövcuddur".ı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Bu şəxslərin maaşı və pensiyası ARTILIR