"Networking Azerbaijan" üzvlərini Kitchen Plus restoranı ilə tanış edib
Azərbaycan iş adamlarının ünsiyyət və müzakirə platforması olan "Networking Azerbaijan" Biznes Klubu "Networking Plus" adlı növbəti
tədbirini öz üzvlərindən biri ilə tanışlığa həsr edib. Sahibkarların görüşü Kitchen Plus restoranında keçirilib. Məqsəd sahibkarları
restoranın fəaliyyət və imkanları ilə tanış etmək, həm müxtəlif formalı biznes görüşləri, həm də fərdi və ailəvi istirahət üçün təklifləri
barədə məlumatlandırmaq olub.
"Networking Azerbaijan" klubunun üzvləri ötən görüşdən keçən vaxt ərzində fəaliyyətlərində baş vermiş yeniliklər, bizneslərindəki uğurlar
barədə çıxış ediblər. Kluba yeni qoşulan üzvlər özləri və fəaliyyətləri haqda iştirakçılara məlumat veriblər.
"Sevindirici haldır ki, "Networking Azerbaijan" iş adamları üçün sadəcə tanışlıq və ünsiyyət xarakteri daşımaqdan çıxıb, möhkəm iş birliklərinin
əsasına çevrilib. Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə töhfə verən sahibkarlar burada bir-biri ilə yaxından tanış ola, yeniliklərindən tez
xəbər tuta və möhkəm biznes münasibətləri qura bilirlər"– bunu "Networking Azerbaijan" Biznes Klubunun həmtəsisçisi Orxan Hacıyev
deyib.
"Klubun üzvü kimi, bu qədər iş adamını eyni vaxtda bizim restoranın fəaliyyəti və "Concept" keytrinq xidməti ilə tanış etmək imkanı
qazandıq. Qonaqlarımızın xidmətimizdən və yeməklərimizdən razı qalması isə məmnuniyyətimizi daha da artırdı"- Kitchen Plus restoranının
həmtəsisçisi Kamran Məşədiyev bildirib.
Qeyd edək ki, "Networking Azerbaijan" Biznes Klubu 2017 - ci ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 - ə qədər sahibkar və idarəçilər
üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.











Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 689 Tarix: 04 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr