Naxçıvanda bilet problemi böyüyür: "30 manat rüşvət istəyirlər"

Naxçıvanda bilet problemi böyüyür: "30 manat rüşvət istəyirlər""Bir müddətdir ki, Naxçıvandan Bakıya və əks istiqamətə təyyarə ilə səfər etmək müşkülə çevrilib. Sərnişinlər bu istiqamətlərə bilet almaq üçün hava limanınlarında günlərlə növbədə gözləməli olurlar. Lakin, məsələnin həlli yolu da var: 30 manat rüşvət verməklə, istənilən reysə bilet almaq mümükündür".

Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup sərnişin məlumat verib. Onlar bildirirlər ki, elə, növbələr də qəsdən yaradılır ki, sərnişinlər 30 manatı verməyə məcbur olsunlar. Şikayətçilər deyirlər ki, əlavə reyslərin sayını artırmaqla problemi kökündən həll etmək olar: "Lakin AZAL bunu etməkdə maraqlı deyil".

Bu problemdən ən çox əziyyət çəkənlər isə, təcili iş üçün Bakıya, yaxud Naxçıvana getmək istəyənlərdir. Belə sərnişinlərdən biri də Zamiq Məmmədovdur. O deyir ki, bu yaxınlarda yas məclisində iştirak etmək üçün təcili Bakıya getməli olub. Kassalarda bilet tapa bilmədiyi üçün, məcbur qalıb, 30 manat artıq pul ödəyib:

"Getdim Aerokassaya, dedilər ki, bilet yalnız 20 gün sonraya var, get aeroportdan al. Getdim ki, burada da uzun növbələr var. Bəziləri 2-3 gündür ki, növbə gözləyirdi. Sonra öyrəndim ki, 30 manat rüşvət verib, təcili bilet almaq olur. Məcbur qalıb, 60 manatlıq bilet üçün 90 manat ödədim ki, yas məclisinə vaxtında çata bilim. Əvvəllər bayramlarda və tətillərdə bilet qıtlığı yaranırdı. Əlavə reys salıb bir neçə gün ərzində insanları daşıyıb, problemi həll edirdilər. İndi aylardır ki, təcili Naxçıvana və yaxud əks istiqamətə gedərkən zülm çəkirik".

İşsizlik səbəbindən Naxçıvandan köçüb, Bakıda yaşayan Tahir Məmmədov isə deyir ki, bilet tapa bilmədiyindən, mərhum bibisinin dəfnində iştirak edə bilməyib:

"Bilet ala bilmədiyim üçün sutka yarım hava limanında qaldım. Bibimin dəfninə çata bilmədim. Tanışı olanlar artıq pul verib bilet və ya, yaxın saatlarda uçmaq üçün növbə alırlar. İmkanı olmayanlar isə bəzən günlərini hava limanında keçirməli olurlar. Mənim verməli artıq pulum olmadığından, səs-küy saldım. İşlərinə maneçilik törətdiyimi görüb, növbəti gün yola saldılar. Əgər, bilet yoxuydusa məni necə yola saldılar? Bu istidə uşaqlara, yaşlılara zülmü edirlər. Problemi AZAL Naxçıvanın, Naxçıvan hakimiyyəti isə AZAL-ın üzərinə atır. Bu məsələyə mütləq çözüm tapılmalıdır. Naxçıvanın yarısı məcburiyyətdən Bakıda yaşayır. Xeyir, şər olur. Hamının qohum-əqrabası var. Tez-tez gedib-gəlmək məcburiyyətində qalırıq."
Naxçıvanda bilet problemi böyüyür: "30 manat rüşvət istəyirlər"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2709   Tarix: 04 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr