Toyları ilə gündəmi zəbt edən cütlük danışdı
"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında son günlər sosial şəbəkələrdə toyları ilə gündəmdə olan xaçmazlı cütlük - İlqar və birinci qrup əlil olan Göyçək tanışlıq hekayələrindən bəhs ediblər.
İlqar Göyçəklə "TikTok" vasitəsilə tanış olduğunu bildirib:
"TikTok"a arabir girirdim. Göyçəyin açdığı canlı yayımlar qarşıma çıxırdı. Dəfələrlə yazsam da, cavab vermirdi. Bir gün cavab verdi. Evlərinə getdim, anasına fikrimin ciddi olduğunu, Göyçəklə evlənmək istədiyimi dedim".
Cütlüklə bağlı sosial şəbəkələrdə mənfi rəy yazan şəxslərə Göyçəyin anası münasibət bildirib:
"Yazırlar ki, oğlan qıza puluna, evinə görə aşiq olub. Xahiş edirəm, onların xətrinə dəyməyin. Oğlanın valideynləri həyatda deyil, qızın da atası yoxdur. Onların atası da, anası da mənəm".
Arzu xanım qızını ərə verdiyi üçün xoşbəxt olduğunu deyib: "Heç vaxt inanmazdım ki, qızımı ərə verə bilərəm bilərəm. Bu mənim üçün böyük hədiyyədir. Mən də onlara maddi kömək etməyə çalışıram. Qızım xəstədir, ona baxmaq çətindir. İlqar sağ olsun ki, qızıma baxacaq".
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2562 Tarix: 04 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr