Bakı şəhərinin Baş planı bu səbəbdən YUBANA BİLƏR: Həll olunmasa...

Bakı şəhərinin Baş planı bu səbəbdən YUBANA BİLƏR: Həll olunmasa...Paytaxt Bakı şəhərində uzun müddətdir ki, istismar müddətini bitirmiş binalar və həyat evləri sökülərək yeniləri ilə əvəzlənir. Əlbəttə ki, sökülən evə görə, vətəndaşa kompensasiya ödəniir. Amma tikinti şirkəti və sakinlər arasında verilən kompensasiyanın məbləğinə görə narazılıqlar yaranır. Narazılıqlar davam etdiyi üçün sökülən binanın yenisi ilə əvəzlənməsi prosesi uzanır. Vətəndaş bu gün tikinti şirkəti ilə razlaşa bilmədiyi üçün sökülən binanı tərk etmir.

Bəs bunun səbəbi nə ilə bağlıdır. Problemin həlli istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, artıq 2016-cı ildən başlayaraq bu günə qədər paytaxt Bakı şəhərində onlarla istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binaları və fərdi həyat evlərindən ibarət olan yaşayış massivləri sökülərək yeni tikili binalar ilə əvəzlənib:

"Təbii ki, hər hansısa bir çoxmənzilli binanın inşası üçün aidiyyəti dövlət qurumlarından lazımi sənədlər toplusu əldə olunur və icazələr alınır. Daha sonra isə tikinti işlərinə başlana bilər. Xüsusən əgər hansısa bir tikinti işləri yaşayış massivlərini söküb, onun yerində tikilməsi ilə əlaqədardısa, artıq həmin yaşayış massivləri və binaları ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəylər olmalıdır. Bu həmçinin paytaxt Bakının xarici estetik gözəlliyinə xələl gətirən köhnə yaşayış fondunun yenisi ilə əvəzlənməsinə xidmət edir. Başqa bir tərəfdən isə vətəndaşların həyatı üçün təhlükəli olan çoxmənzilli binaların sökülərək daha müasir, tam təmirli və yeni tikili binalar ilə əvəzlənməsinə səbəb olur. Hər hansısa bir çoxmənzilli bina inşa olunarkən aidiyyəti bütün qurumlar tərəfindən sənədlər və icazələr verilsə də, biz bəzi halların şahidi oluruq".

Ekspertin sözlərinə görə, evləri sökülən vətəndaşlar ilə tikinti şirkətləri arasında uzun sürən mübahisələr və məhkəmə çəkişmələri olur:

"Bu tip evləri söküb yerində yeni tikili binaları əvəzləyən şirkətlər sakinlərə əksər hallarda tikdikləri binalardan ümumi sahəsi daha böyük olan və tam təmirli mənzilli evlər verirlər. Onların evləri sökülüb, yeni tikili binalar ilə əvəzlənən günə qədər sakinlərə kirayə pulları və köç xərcləri verirlər. Şahidi oluruq ki, hər hansısa bir binada sakinlərin böyük əksəriyyəti çıxsa da bir neçə sakinin çıxmaması səbəbindən artıq proses uzun aylar yubanır. Yəni şirkət köçən sakinlər qarşısında götürdüyü öhdəliyə əməl edə bilmir. Çünki bir binanın sökülməsi və tikilməsi təxminən 2-3 il müddət çəkir. Sakinlərin bəzilərinin aylarla öz mənzillərindən çıxmaması səbəbindən tikinti şirkətləri köçən sakinlərə hər ay əlavə olaraq kirayə pulu verir və digər xərcləri qarşılayır. Lakin şirkətlər prosesin yubanmasına görə sakinlər və aidiyyəti dövlət qurumlar qarşısında götürdüyü öhdəlikləri çıxmayan sakinlər ucbatından yerinə yetirə bilmirlər".

Elnur Fərzəliyev bildirib ki, əgər bir mülkiyyət üzərində digər rəsmi qurumun həmin mülkün qəzalı olması ilə bağlı verdiyi rəy varsa, vətəndaşın mülkiyyət hüququ pozulmadan onun evi başqa bir evlə əvəzlənir, bəlli bir müddət üçün kirayəyə çıxmalı olur:

"Ərazi qəzalı və sakinin çıxarışı olsa da, həmin əraziləri tərk edib, bəlli bir müddət kirayə çıxıb, ona yeni tikili binalardan mənzil verilənə qədər gözlənilməlidir. Bu layihələri özəl sektor aparsa da, bu əslində bir dövlət layihəsidir. Həmin tikililərin dövlətin istəyilə sökülüb, yeni binalar ilə əvəzlənməsi gedir. Düşünürəm ki, yaxın gələcəkdə söküntülər, razılaşmalar ilə bağlı hər hansı bir yeni qanun layihəsi hazırlanmalıdır. Əks halda Bakı şəhərinin Baş planının hazırlanması işində çox böyük yubanmalar baş verə bilər. Köhnə binaları söküb, yeni tikili binalar ilə əvəzləyənlər dövlət deyil, özəl sektordur. Bu baxımdan özəl sektora dövlət dəstəyi olmasa Bakıdakı qəzalı binalar daha da qəzalı vəziyyətə gəlib çıxacaq. Bu isə gələcəkdə böyük fəlakətlər yarada bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2595   Tarix: 08 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr