Adı qalmaqallarda hallanan direktoru xəstəxanada niyə döymək istəyiblər? - "Səni deşik-deşik edəcəm"

Adı qalmaqallarda hallanan direktoru xəstəxanada niyə döymək istəyiblər? - "Səni deşik-deşik edəcəm"Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elxan Ağabalayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Elxan Ağabalayev Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Qeydiyyat şöbəsində qeydiyyatçı vəzifəsində çalışıb. Hadisə 08 may 2023-cü il tarixdə, saat 14 radələrində Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən həmin xəstəxananın inzibati binasında qeydə alınıb. Belə ki, sözügedən xəstəxananın inzibati işlər üzrə direktor müavini vəzifəsində işləmiş zərərçəkmiş Bayram Mikayılov Elxan Ağabalayevin həyat yoldaşını xəstəxananın amblator xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı vəzifəsindən başqa yerə köçürüləcəyi bildirib. Sonra o, qeydiyyat masasının üzərinə qoyulmuş "direl"in "sverlosu"nu çıxarıb əlində binanın üçüncü mərtəbəsinə qalxıb. Həmin vaxt zərərçəkmiş şəxs Elxanın onun arxasınca gəldiyini bilib xidməti otağının qapısını kilidləyərək gizlənib. Təqsirləndirilən şəxs isə üçüncü mərtəbədəki dəhlizə daxil olmaq üçün kənar şəxslərin girişinə bağlı olan və xüsusi kartla açılan qapını əlində olan sverlo ilə açmağa cəhd edib. Bu zaman Elxan orada olan xəstəxana əməkdaşlarının və pasientlərin gözləri qarşısında uca səslə Bayram Mikayılova nalayiq ifadələr işlədib. O, zərərçəkmiş şəxsə "səni deşik-deşik edəcəm" deyərək çölə çıxmasını tələb edib. Hadisədən sonra Elxan Ağabalayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Elxan Ağabalayevə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

Qeyd: İş üzrə zərərçəkmiş qismində tanınan Bayram Mikayılovun adı uzun illərdir müxtəlif qalmaqallarda hallanır. Belə ki, mətbuatda yayılan məlumata görə, o, bu ilin yanvarında Culfa Rayon Mərkəzi Xəstəxanasına icraçı direktor təyin edilib. Bayram Mikayılov 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etməsi ilə gündəmə gəlmişdi. Video görüntüsü yayılan bu hadisə o zaman mediada geniş yayılmış və qınanılmışdı.

Bayram Mikayılov daha bir qalmaqalı ilə 2017-ci ildə medianın gündəminə gəlib. O zaman Bayram Mikayılov Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqlamış, buna görə də Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdı.

Bayram Mikayılov 2019-cu ildə DSMF-nin Sabirabad rayon şöbəsinə rəisi vəzifəsində çalışarkən vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pullarını mənimsəməkdə ittiham olunaraq işdən çıxarılaraq, onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və qısamüddətli həbs edilmişdi.

Sonradan TƏBİB xəttinə yol tapan Bayram Mikayılov 2022-ci ildə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edilib. Lakin bir müddət sonra maliyyə maxinasiyalarına və Qarabağ qazilərinə qarşı göstərdiyi kobud rəftara görə Bayram Mikayılov vəzifədən uzaqlaşdırıldı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1318   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr