Nazirlər GÖRÜŞÜR: Bu halda hərbi əməliyyatlar gündəmə GƏLƏ BİLƏR - ŞƏRH

Nazirlər GÖRÜŞÜR: Bu halda hərbi əməliyyatlar gündəmə GƏLƏ BİLƏR - ŞƏRHVaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq. Daha əvvəl nazirlər səviyyəsində üçtərəfli görüşlər təşkil olunub və bir sıra məsələlər müzakirə edilib. Artıq hər iki tərəfdən sülh müqaviləsinin imzalanması ilə bağlı müsbət mesajlar eşidirik. Bəs üçtərəfli görüşdən hansı gözləntilər var?

Görüş ilə bağlı təəssüratlarını Sonxeber.az ilə bölüşən siyasi şərhçi Faiq Ələkbərli deyib ki, burada əsas məhz Azərbaycan-Ermənistan münasibətlərinin yeni bir mərhələyə keçməsi və sülh müqaviləsinin imzalanması məsələləri müzakirə olunacaq:

"Biz bilirik ki, Ararat Mirzoyanda açıqlama vermişdi ki, artıq Azərbaycana sülh müqaviləsini imzalamağa hazırdılar. Sadəcə Azərbaycan tərəfindən müsbət bir reaksiya gözləmədiyini demişdi. Azərbaycanın bu müsbət reaksiyanı verməsi üçün Ermənistanın qarşısına qoyulan bütün məsələlər həllini tapmalıdır. Xüsusilə sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin Azərbaycanın irəli sürdüyü təklif əsasında həyata keçirilməsi, Zəngəzur dəhlizi həll edilməsi bunlara daxildir. Bu məsələlərdə Ermənistan tərəfi konkret bir yanaşma ortaya qoymur. Yəqinki bütün bunlar əsas müzakirə obyekti olacaq".

Siyasi şərhçinin sözlərinə görə, sülh müqaviləsinin imzalanmasını Ermənistan istəyir. Ancaq burada Ermənistan təbii ki, öz maraqlarına uyğun olaraq hərəkət edir. Azərbaycanın konkret olaraq irəli sürdüyü şərtlər var:

"Bu şərtlər Azərbaycanın maraqlarına cavab verməlidir. Əgər Ermənistan indiki sərhəd bütövlüyü çərçivəsini qorumaq istəyirsə, Zəngəzur dəhlizi məsələsi öz həllini tapmalıdır. Şübhəsiz ki, bütün bunlar öz həllini tapmalıdır. Ermənistan bu məsələdə problem yaradır və qəti bir mövqe nümayiş etdirə bilmir. Ermənistan anklav olmayan kəndləri qaytarsa da, anklav kəndlərini Azərbaycana geri verməlidir. Zəngəzur məsələsi elə bir şəkildə olmalıdır ki, Zəngilandan Naxçıvana hərəkət edən nəqliyyatda heç bir problem olmamalıdır. Bu məsələdə Ermənistan irəliləyiş nümayiş etdirsə, o zaman sülh müqaviləsi sentyabra qədər imzalana bilər. Ermənistan bunları həll etməsə müharibə və hərbi əməliyyatlar gündəmə gələ bilər".

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO Zirvəsində iştirak üçün Vaşinqtonda səfərdədir.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1138   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr