Zəngəzur dəhlizi GÜNDƏMDƏ: Pezeşkian İranın "qırmızı xətti"ni POZACAQ? - ŞƏRH

Zəngəzur dəhlizi GÜNDƏMDƏ: Pezeşkian İranın "qırmızı xətti"ni POZACAQ? - ŞƏRHMəlum olduğu kimi, İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçıların təmsilçisi Məsud Pezeşkian səslərin 53,3 faizini qazanaraq qalib gəlib. O, İranın sayca doqquzuncu prezidenti olub. Ermənistan Baş naziri Nikol Paşinyan İranın yeni prezidenti Məsud Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Telefon danışığında tərəflər əvvəllər dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyiblər. Eyni zamanda, mümkün olan qısa vaxtda görüşmək barədə razılığa gəliblər. Açığı Pezeşkianın digər prezidentlərdən fərqli siyasət yürüdəcəyi gözlənilmir. Məlum azərbaycanlı prezident İran iqtidarına sadiq biri olaraq qiymətləndirilir. Amma Zəngəzur məsələsində fərqli bir addım ata bilər? İlin sonuna qədər bu dəhlizin açılması mümkündür?

Mövzunu Sonxeber.az-a şərh edən Turan Rzayev deyib ki, şübhəsiz Məsud Pezeşkianın prezident kimi Ermənistan ilə münasibətləri necə formalaşdıracağı diqqət çəkir. Xüsusilə də Tehran-İrəvan münasibətlərində dəyişikliyin olub-olmayacağı başlıca sualdır:

"İranda prezident institutunun xarici siyasətdə elə də çox təsir gücü yoxdur. Ölkəyə İran Ali dini lideri və SEPAH nəzarət edir. Məsud Pezeşkian istəsə belə Ermənistanla münasibətləri dəyişməyəcək. M.Pezeşkian deputat olan vaxtı çox şey deyə bilər. Yəni deputat kimi onun sözlərinin məsuliyyətini hökumət daşımır. Amma Pezeşkian prezident kimi artıq İranı təmsil edir, müsbət yaxud mənfi istiqamətdə özbaşına nəsə deyə bilməz. Paşinyanla söhbət zamanı M.Pezeşkian dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyib. Pezeşkianın verdiyi reaksiyalar heç də onun şəxsi görüşü deyil. Misal üçün, 2019-cu ildə İranda yaşayan azərbaycanlılar Tehranda yol verilən təxribata qarşı çıxaraq siyasi sferada əhəmiyyətli rol oynayan bir neçə soydaşımız bu addıma görə hökumətin günahkar olduğunu bildirmişdi. Mümkündür ki, M. Pezeşkian da məhz buna görə hökumətin istəyi üçün tənqidi yazı qələmə alıb".

Politoloqun sözlərinə görə, 2020-ci ildə isə artıq M.Pezeşkian deputat kimi reaksiya verir və aydın məsələdir ki, İran hakimiyyəti həmin vaxt deputatların dili ilə konkret mesajlar verirdi:

"M.Pezeşkian ilə bağlı digər məqam onun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlıdır. O cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın mövqeyinə təsir edib-etməyəcəyidir. Bildiyimiz kimi, Zəngəzur dəhlizi məsələsi İran üçün dəyişməz bir məsələdir. Tehranın bu məsələyə qırmızı çizgi kimi baxacağı mümkün variantdır. Tehranın Qafanda konsulluq açması əslində bu məsələdə Pezeşkianın məsələyə baxışının dəyişməz olduğunu sübutudur. Tehran xüsusilə sərhədlərin dəyişməzliyini hər zaman diqqətə çatdırır. Habelə İran-Ermənistan sərhədi də daxil olmaqla Ermənistanın cənubunun Azərbaycanın yaxud üçüncü bir dövlətin nəzarətinə keçməsinə razı deyil. Yəni Məsud Pezeşkian bu məsələdə qərarvermə mexanizminə sahib deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2441   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr