Toyda dava: Bəy gəlinin dayısı oğlunu yumruqladı

Toyda dava: Bəy gəlinin dayısı oğlunu yumruqladıBiləsuvar rayonunda 1985-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Sərdara (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində keçirilən toy məclisində baş verib. Sahib saat 20:35-də Sərdara xəsarətlər yetirib.

Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsi ilə birlikdə Biləsuvar rayonunun kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: "Şadlıq evində mənimlə arvadımın toy məclisi təşkil edildi. Zərərçəkmiş Sərdar arvadımın dayısı oğludur. Mən həmin şəxsi arvadımın qohumu kimi ilk dəfə toy məclisindən əvvəl həyata keçirilən "ciyər axşamı" adlanan məclisdə tanımışam. Toy məclisində saat 20:35-də Sərdar mənə yaxınlaşaraq, toyda oğlan tərəfinin qonağı olan bir şəxsin sərxoş vəziyyətdə söyüş söydüyünü və sonuncunun toy məclisindən çıxarılmalı olduğumu bildirdi. Mən isə Sərdara bəy olduğumu və şikayətini başqa adama deməsini bildirdim. Lakin Sərdar mənim yanımda qaldı və təkrarən eyni sözləri mənə 3 dəfə dedi. Mən həmin şəxsə "əgər səni söyürsə, özün çıxar çölə danış, bu boyda toyda bir kişi sən çıxmamısan ki..." məzmununda cavab verdim. Sərdardan yanımdan getməsini tələb etdim. Həmin vaxt Sərdar qəflətən bir dəfə yumruqla məni vurdu. Əsəbiləşərək ayağa qalxdım və özümü müdafiə etmək məqsədilə Sərdarı bir dəfə yumruqla sifət nahiyəsindən vurdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sərdarın qardaşı onu arxadan vurub və digər qardaşı da onun üzərinə hücum edib: "Mən zərərçəkmiş şəxsin hazırda adını xatırlamadığım qardaşını da özümü müdafiə etmək məqsədilə vurmuşam. Zərərçəkmiş şəxsin baş nahiyəsinin arxa hissəsinə heç bir zərbə endirmədim. Sonradan həmin şəxsi kimin döydüyünü görməmişəm. Sonda zərərçəkmiş şəxsi özümü müdafiə etmək məqsədilə vurmuşam".

İş üzrə zərərçəkmiş Sərdarın sözlərinə görə, təqsirləndirilən Sahib onun bibisi qızının həyat yoldaşıdır: "Şadlıq evində təşkil edilən toy məclisində ailəm ilə birlikdə iştirak etdim. Oğlan və qız toyu birlikdə baş tutuduğuna görə toy məclisində hər iki tərəfin yaxınları iştirak edib. Həmin gün saat 20:35-də toy məclisində bir nəfər şəxsin sərxoş vəziyyətdə söyüş söyməsini eşitdim. Həmin şəxsin oğlan tərəfinin qonağı olduğunu fikirləşdim. Ona yaxınlaşıb, nəsə demədim".

Zərərçəkmiş qeyd edib ki, daha sonra gəlin və bəy masasına yaxınlaşıb, bəyə bir nəfər qohumunun sərxoş vəziyyətdə söyüş söyməsi barədə məlumat verib: "Çünki mən oğlan tərəfindən yalnız Sahibi tanımışam. Buna görə də həmin şəxsə şikayətimi bildirmişəm. Sahibə həmin şəxsin oğlan evinin qonağı olduğunu və söyüş söyməyə davam etdiyini bildirdim. Bunun qarşısını almasını tələb etdim. Bu zaman Sahib heç bir səbəb olmadan yumruqla sifət nahiyəmə zərbə vurdu. Lakin həmin yumruq zərbəsi mənə zəif dəydi. Əgər həmin zərbədən yayına bilməsəydim, mənim boynum sına bilərdi. Bundan sonra isə gəlin və bəyin masasının yaxınında dayanan, məclisi idarə edən şəxs məni vurdu. Həmin şəxsin boynumun arxa hissəsinə endirdiyi zərbə nəticəsində yerə yıxıldım və özümdən getdim. Mən özümə gəldiyim zaman xəstəxanada idim. Sonradan toy məclisində baş verənlərdən mənim heç bir xəbərim olmayıb".

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Sahib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Azadlığın məhdudlaşdırılması cəzasının icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1542   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr