Yoldaşının yatdığı otağa girən ər dəhşət saçdı: Dayə işləyən qadına çapacaqla zərbələr vurdu
Yataqda çapacaqla həyat yoldaşına zərbələr vuraraq onu öldürməyə cəhd edən şəxsin cinayət işi yekunlaşıb.
Belə ki, 2021-ci il sentyabrın 3-də Kəmalə Mirzəyeva ağır yaralı halda 3 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Göstərilən tibbi yardım nəticəsində onun həyatı xilas edilib.
Elə həmin gecə hadisəni törədən qadının əri, əvvəllər məhkum olunmuş Şükür Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, Şükür Mirzəyev narkotik vasitələr istifadə edib, ailəsində mütəmadi münaqişə yaratdığı üçün arvadı Kəmalə Mirzəyeva onun hərəkətlərindən bezib və onu danışdırmayıb. Sentyabrın 3-ü gecə saat 02:00 radələrində Zabrat qəsəbəsində yaşadığı evin mətbəxindən məişət təyinatlı çapacağı götürüb yoldaşının yatdığı otağa daxil olub.
Öldürmək məqsədilə çarpayıda yatan qadının baş və bədəninin müxtəlif nahiyələrinə 8 dəfə zərbə endirib. Atası Mirzə Mirzəyev hadisəni görüb müdaxilə etdiyindən cinayət əməlini başa çatdıra bilməyib. Kəmalə Mirzəyeva hadisə yerinə gəlmiş qonşuların və təcili tibbi yardım briqadasının köməkliyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Bu hərəkəti ilə Şükür Mirzəyəv zərərçəkmişi qəsdən öldürməyə cəhd edib. Zərəçəkmiş Kəmalə Mirzəyeva ifadəsində bildirib ki, əri Şükür Mirzəyev ailə quran vaxtdan işləməyib.
Mütəmadi narkotik vasitələrdən istifadə edən ər ailə üzvləri ilə aqressiv davranıb, dəfələrlə arvadını döyüb. Qayınatasının təqaüdü ilə dolana bilmədiklərindən Kəmalə Mirzəyeva 2021-ci ildən dayə kimi işləməyə başlayıb. Avqustdan sentyabra kimi Şükür narkotik vasitələrdən asılılığını tərgitmək məqsədilə narkoloji dispanserdə müalicə olunub.
Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, Şükür Mirzəyevdə narkomaniya xəstəliyi aşkarlanıb. Məhkəmə iclasında o, ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şükür Mirzəyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi