Parlament seçkilərindən sonra hansı dövlət orqanlarında dəyişikliklər OLACAQ?

Parlament seçkilərindən sonra hansı dövlət orqanlarında dəyişikliklər OLACAQ?Dövlət başçısı İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam verib. Bu il baş tutması planlaşdırılan seçki ilə Azərbaycanın 7-ci çağırış Milli Məclisi formalaşacaq. Mütəxəssislər keçiriləcək parlament seçkilərini tarixi hadisə olaraq qiymətləndirir. Bunun əsas səbəbi isə seçkilərin bütün Azərbaycan ərazilərini əhatə etməsidir. Yeni formalaşacaq parlamentdən sonra dövlət qurumlarında ediləcək dəyişiklər maraq doğurur? Parlament seçkilərindən sonra hansı dövlət qurumlarında dəyişikliklər həyata keçiriləcək?

Mövzunu Sonxeber.az-a şərh edən Tofiq Abbasov deyib ki, seçkilər həyatımızda vacib ictimai-siyasi kampaniyalardan biridir. Nəzərə alaq ki, qarşıda Azərbaycanı COP29 kimi böyük və əhəmiyyətli tədbir gözləyir:

"Bu tədbir baş tutana qədər bizim qanunverici orqanımız öz fəaliyyətinə başlayacaq. Bunun da xüsusi mahiyyəti var. Birincisi Azərbaycan həqiqətən orta gücə çevrilib. Tək bölgədə deyil, Avrasiya məkanı və qlobal proseslərdə iştirakının mənasını dəyişməyə müvəffəq olur. Digər tərəfdən Azərbaycanın inteqrasiya məsələlərinə verdiyi paylar və töhfələr dünya tərəfindən böyük həvəslə qarşılanır. Bəzi ölkələr var ki, onlar Azərbaycanın mövqeyinə və çağırışlarına əhəmiyyət vermir və etinasız yanaşırlar. Bu onların gücündən yox, zəifliyindən irəli gəlir. Onlar bütün proyeksiyalarda və reallıqlarda ancaq özlərini hakim bir qüvvə kimi təsəvvür edirlər. Hamıya təlqin etməyə çalışırlar ki, guya onların bacarığı və yanaşmaları olmasa dünya birliyi kor bir vəziyyətdə qala bilər. Bu belə deyil. Çünki dövlətlər qarşıdan gələn çağırışları həm düzgün anlaya bilirlər. Sonra həmin bacarıqdan sonra konkret vəzifələri ortaya çıxarırlar".

Politoloqun sözlərinə görə, dünya miqyasında iki-üç vacib məsələ var. Onlar daim gündəmdədir. Biri enerji sahəsində olan qarşılıqlı əlaqədir. Sonra isə təhlükəsizlik və demokratiyadır:

"Birinci və ikinci məqamlarda Azərbaycan həqiqətən çox böyük uğurlar əldə edib. Digər tərəfdən bu sahələrdə inteqrasiyanın vacib və qaçılmaz olmasını hamıya bildirir. Öz iştirakı ilə təsdiq edir ki, biz bu proseslərdə həm israrlı, həm də bacarıqlıyıq. Bəzi dövlət demokratiya və insan haqları ilə bağlı bizə problem yaratmağa çalışırlar. Halbuki bizim həqiqətən bu istiqamətdə özümüzün baxışlarımız var. Onları vaxtaşırı yerinə yetiririk. Parlamentimizin yeni tərkibdə yığılması onu göstərəcək ki, nə dərəcədə qanunvericilik sahəsində islahatlara geniş yer veririk. Digər tərəfdən bütün vacib məsələlərin həllində ən mütərəqqi üslubların həyata keçirilməsinə çalışırıq. Eyni zamanda qanunların layihələşdirilməsində Azərbaycanın hüquqşünasları və digər mütəxəssisləri həmahəng çalışırlar".

Tofiq Abbasov bildirib ki, qanunvericilik sahəsində dəqiq təkmillik çərçivələr yoxdur:

"Daim bütün dövlətlər və cəmiyyətlər biri-birinə nəzər salaraq özlərinə əlverişli vəziyyət formalaşdırırdılar. Ona görə də deputat korpusumuz yeni tərkibdə olacaq. Deputat korpusumuz yeni dəyişikliklərə öz hazırlığını göstərməlidir. Eləcə də yaradıcılıq yanaşmaları burada önplanda olmalıdır. Deputatlarımız işlərində novatorluq göstərməlidir. Artıq bir neçə dövlət qurumlarında kadr dəyişikliyi həayat keçirildi. Artıq işğaldan azad olunmuş ərazilərə prezidentin xüsusi nümayəndəlikləri təyin edilib. Bnunla əlaqədar bir sıra ekspertlər hətta təkliflər belə səsləndirib. Ədliyyə sahəsi və yeni icra hakimlərinin təyin olunması bu nümunələrə daxildir. Amma konkret olaraq hansı dövlət qurumlarında dəyişiklik olacağı barədə qabaqcadan məlumat vermək mümkün deyil. Çünki qanunvericilik sahəsinin dəqiq bir çərçivəsi yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1995   Tarix: 11 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr