Məktəblərdə valideyn komitələri LƏĞV EDİLİR?

Məktəblərdə valideyn komitələri LƏĞV EDİLİR?Bu gün təhsil müəssisələrində "valideyn komitəsi" adlı bir qurum fəaliyyət göstərir. Həmin qurumlar uşaqların təhsili ilə maraqlanmaq yerinə, müxtəlif tədbirlərin təşkili ilə məşğuldur. Belə ki, qurumda xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bu və ya digər məqsədlər üçün pul yığılmasını təşkil edilir. Valideynlər isə "valideyn komitəsi-müəllim qruplaşma"sından sözün əsl mənasında əziyyət çəkir, buna bir son qoyulmasını tələb edirlər. Belə olan təqdirdə məktəblərdə valideyn komitələri ləğv edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, uşaq və gənclərin əsas təhsilinin həyata keçirilməsində şagirdlərin elmlərin əsaslarına yiyələnərək, dərin və möhkəm bilik almalarında, onlarda vətənə məhəbbət hissinin aşılanmasında, yüksək milli əxlaqi keyfiyyətlərinin, mənəvi dəyərlərin formalaşmasında, məsuliyyət, intizam tərbiyə edilməsində, məktəblilərin hüquq və estetik, fiziki tərbiyəsində, sağlamlığının qorunmasında məktəbə və ailəyə kömək məqsədi ilə ümumtəhsil məktəblərində valideyn komitəsi yaradılır:

"Məktəb və sinif valideyn komitələri öz işində ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnaməni, məktəbin iş planını, valideyn yığıncaqlarının və pedaqoji şuranın qərarlarını, məktəb direktorunun və sinif rəhbərlərinin tövsiyələrini rəhbər tutur.

Qanunvericilik aktlarına görə Valideyn komitəsinin işinin məzmunu və vəzifələri bunlardır:

-uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə kömək göstərir;
-uşaqların vaxtında əsas icbari təhsilinin həyata keçirilməsində məktəbə və valideynlərə kömək göstərir;
-şagirdlər və valideynlər arasında pedaqoji və psixoloji biliklərin təbliğinə kömək edir;
-məktəblərdə milli-əxlaqi və mənəvi dəyərlərin inkişaf etdirilməsi və bu prinsiplər üzrə yaşamaq üçün daxili tələbatın formalaşmasına, onlarda şüurlu intizam, davranış mədəniyyəti, böyüklərə hörmət tərbiyəsi üzrə məktəbin həyatında fəal iştirak edir;
-müəllim nüfuzunun artırılmasında, təlimə məsuliyyətli münasibət tərbiyəsində, məktəblilərin asudə vaxtının məzmunlu təşkilində məktəb və ailəyə kömək edir;
-özünəxidmət vərdişlərinin inkişafına, yeniyetmələrin məktəbdə və ailədə əmək tərbiyəsinin və peşəyönümü işinin təşkilinə imkan yaradır;
-məktəblilərin meyl və qabiliyyətlərini, valideynlərin arzularını nəzərə almaqla şagirdlərin təhsillərini başa çatdırmaq yollarını seçməkdə onlara kömək göstərir;
-valideyn ictimaiyyətini məktəb həyatında fəal iştirak etməyə, onların sinifdənxaric və məktəbdənkənar işlərin təşkilinə cəlb etməyə, şagird özünüidarəsinin inkişafına kömək göstərir;
-uşaqların tərbiyəsində valideynlərin məsuliyyətini artırır;
-məktəbdə kitab fondunun zənginləşdirilməsinə kömək göstərir;
-məktəblilərdə zərərli adətlərin, uşaq nəzarətsizliyinin, qanun pozuntusunun profilaktikası üzrə işlərdə iştirak edir;
-məktəblilərin sağlamlığının qorunması və möhkəmləndirilməsinə hər vasitə ilə qayğı göstərir".

Ekspertin sözlərinə görə, hazırda bir çox məktəbdə "valideyn komitələri" adlı qurumlar fəaliyyət göstərir. Ancaq bu komitələrin böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir:

"Təəssüflər olsun ki, bu komitələr çox hallarda dərs və tədrislə bağlı problemlərdən daha çox, müəllim günü, şənlik və qonaqlıq kimi tədbirlərin təşkili məsələləri müzakirə olunur.
Amma xarici ölkələrdə valideyn komitələri və buna bənzər qurumlar əsasən şagirdlər üçün öyrədici və inkişaf etdirici tədbirlər həyata keçirirlər. Xüsusən də sağlamlıq imkanı məhdud olan şagirdlərin dərsə adaptasiyası üçün xidmətlər göstərirlər. Ancaq bizdə bu xidmət yalnız şənlik və qonaqlıq keçirməklə, daha dəqiq desək, pul yığmaqla məhdudlaşır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2571   Tarix: 15 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr