Mənzillər niyə BAHADIR? "Daşınmaz əmlak bazarında qiymət artımı daha çox 2023-cü ildə baş verdi" - Ekspert

Mənzillər niyə BAHADIR? "Daşınmaz əmlak bazarında qiymət artımı daha çox 2023-cü ildə baş verdi" - Ekspert2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-ci ilin II rübünə nisbətən 9.2% artıb.Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, cari ilin II rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3%, təkrar mənzil bazarında qiymətlər isə 9.2% artıb. Maraqlıdır daşınmaz əmlak vəziyyətdə vəziyyət necədir, vətəndaş həyət,yoxsa bina evlərinə üstünlük verir?

Mövzu ilə bağlı Əmlak eksperti Elnur Fərzəliyev Sonxeber.az-a açıqlama verib. Əmlak eksperti sözlərinə görə, mənzil bazarında qiymətlər illərdir davam edir:

"Ölkənin daşınmaz əmlak bazarında illərdir qiymət artımı davam edir. Qiymət artımı daha çox 2023-cü ildə baş verdi. Ötən il xüsusi ilə paytaxt Bakıda daşın
az əmlakların qiymətində 15 faizdən- 30 faizə qədər artım baş verdi. Qiymət artımları Bakı, Sumqayıt və digər böyük şəhərlərdə 2023-cü ilik oktyabr ayına qədər davam etdi. 2023 ilin oktyabr ayından sonra, artımda dayanma baş verdi. Əmlak bazarında ciddi çöküş yarandı. Lakin 2024-cü ilin fevral və mart aylarında ipoteka kreditləri verilməsi səbəbindən yenidən əmlak bazarında canlanma baş verdi. Bu aylarda 5-10 faiz aralığınd qiymət artımı baş verdi".

E.Fərzəliyev qiymət artımın səbəblərinə aydınlıq gətirib:

"Hazırkı vəziyyətə əmlak bazarında müştəri qıtlığı müşahidə olunur. Hər il yay aylarında tələbatın azalmasının səbəbi ilə qiymətlərdə enmələr baş verir. Tələbat daha çox bağ evləri və torpaq sahələrində olur. Lakin çıxarışlı torpaq sahələri məhdud sayda olduğuna görə, torpaq qiymətlərində ciddi dəyişiklik baş vermir. Bu baxımda əmlak bazarında hazırda qiymət artımı müşahidə olun Qiymət artımı sentyabr ayından başlayaraq müşahidə olunacaq.
Qiymət artımlarının davam etməsinin səbəbi binaların tikinti xərclərinin baha və torpaq sahələrinin məhdud sayda olması ilə əlaqədardır. Torpaq sahəsi baha olduğuna görə, tikintinin maya dəyəri artır. Bu da öz növbəsində əmlak bazarında qiymətlərin artımına səbəb olur."

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı Emin Qəribli bildirib ki, alıcılıq qabiliyyəti artdıqda, müvafiq olaraq qiymətlərdə bahalaşma müşahidə olunur:

"Daşınmaz əmlak bazarı inkişafa görə Azərbaycanda ən qabaqcıl sahələrdən biridir. Bu sahənin özünün səciyyəvi xüsusiyyətləri var. Daşınmaz əmlak bazar və alış qabiliyyətinə uyğun inkişaf etməkdə davam edir. Vətəndaşların daşınmaz əmlak əldə etməsi kifayət qədər yüksəkdir. Alıcılıq qabiliyyəti artdıqca, qiymətlər də artır. Bazar iqtisadiyyatı tətbiq ediləndən sonra, daşınmaz əmlak sahəsi nisbətən inkişaf etmiş bazarlardan birinə çevrildi. Azərbaycanda digər inkişaf etmiş ölkələrə nisbətən, daşınmaz əmlaka sahib olan insanların sayı yetərincə çoxdur. Başda Bakı şəhəri və digər bölgələrdə daşınmaz əmlak əldə etmək daha əlçatandır. Amma göründüyü kimi, qiymətlər elə də ucuz deyil. Qaçqınlar illər ərzində torpaq sahəsi almaqla ev sahibi oldular".

Ekspert xarici ölkələrdə daşınmaz əmlak sahəsi ilə ölkəmizdəki vəziyyət arasındakı fərqləri izah edib:

"Qonşu Türkiyəyə diqqət yetirsək görərik ki, əhalinin çox cüzi hissəsi daşınmaz əmlaka sahibdir. Amma bizim əhalinin daha çox hissə necə deyərlər "ev sahibidir". ABŞ və Avropa ölkələrində 24 və 25 yaşında şəxslərin ev alma prosesi heç də asan məsələ deyil. Əmlaka bazardan gedib nə isə almaq kimi baxmaq olmaz. Bəzən, insan həyatı boyu bir əmlaka sahib ola bilir. Hesab edirəm ki, ölkəmizdə bu aktualdır. Alıcılıq qabiliyyəti uyğundur. Bazar kifayət qədər inkişaf edib. İnsanların daşınmaz əmlak əldə etmək faizinə görə, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrində heç də geri qalmır. Amma evlərin sənədləşdirilməsində bəzi məsələr var ki, onların təkminləşdirilməsinə ehtiyac var. Bu proseslər, iqtisadiyyatımızın inkişafınada müsbət təsir göstərəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1805   Tarix: 18 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr