Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA
Dünyada xərçəng xəstələrinin sayının 2030-cu ilə qədər üçdə bir artaraq dörd milyona çatması gözlənilir. Bəzi alimlər bunu stres səviyyələrinin yüksəlməsi ilə əlaqələndirir.
Həkimlər də illərdir bir çox xəstələrin xərçəngin başlamasından qısa müddət öncə travmatik hadisələr (yaxınını itirmək, boşanma və s.) keçirdiklərini öyrənirlər.
Ancaq hələ də stresin birbaşa xərçəngə səbəb olub-olmadığı dəqiqləşdirilməyib.
Sonxeber.az medicina.az-a istinadən xəbər verir ki, stres hormonlarının xərçəngə təsirini araşdıran Brighton Universitetindən professoru Melani Flint deyir:
"Mənim fikrimcə, bu həm ilk növbədə xərçəngin yaranmasına, həm də sonrakı mərhələdə xəstəliyin yayılmasına kömək edir. Lakin stres birbaşa səbəb deyil, sadəcə amillərdən biridir".
Böyük populyasiyaların tibbi məlumatlarını təhlil edən bəzi tədqiqatlar da bunu dəstəkləyir.
Finlandiyada 15 il ərzində 10 000 qadını izləyən araşdırmaçılar yas tutan qadınların beş il ərzində döş xərçənginə tutulma ehtimalının daha çox olduğunu görüblər.
İş yerində stresə məruz qalmağın 65 yaşa çatmamış kişilərdə prostat vəzi xərçəngi və qadınlarda döş xərçəngi riskinin artması ilə əlaqəli olduğu aşkarlanıb.
Xərçəng Tədqiqatları İnstitutunun Təkamül və Xərçəng Mərkəzinin direktoru professor Trevor Qrahamın sözlərinə görə, əldə edilən məlumatlara baxmayaraq, stress və xərçəng arasında qəti əlaqə qurmaq hələ də mümkün deyil.
"Problem stresin adətən xərçəng riskini artıran digər amillərlə müşayiət olunmasıdır. Stresli həyat sürən insanlar siqaret çəkir, həddindən artıq spirtli içki qəbul edir, az hərəkət edir və qeyri-sağlam qidalanırlar. Bütün bunlar eyni zamanda stres səbəbləridir və xərçəng üçün risk faktoru kimi qiymətləndirilirlər. Buna görə də xəstəliyə səbəb amilləri tam ayırd etmək çətindir", - professor deyib.
Flint isə deyir ki, stres hormonu kortizol hər hüceyrədə olan reseptorlara bağlanır və iltihab da daxil olmaqla, müxtəlif prosesləri tənzimləyir. Stres və kortizol immunitet sistemini də məhv edə bilir.
Alimlər laboratoriya mühitində stresin hüceyrələrə təsirini təqlid etməyə çalışıblar. Təcrübələr stresin DNT-yə zərər verdiyini və hüceyrələrdə dəyişikliklərə səbəb olduğunu, eləcə də çoxalmasına icazə verildiyi təqdirdə xərçəngə çevrilə biləcəyini ortaya çıxarıb.
Bununla belə, mütəxəssislər hər stresə məruz qalan insanın xərçəngə tutulacağını deməyin mümkün olmadığını bildirirlər. Ancaq stresin xərçəngə tutulduqdan sonra onun orqanizmdə yayılmasında stresin birbaşa rol oynadığı mövsuzunda demək olar ki, hər kəs eyni fikirdədir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA
Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin
11 sentyabr 2021Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO
Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik
9 sentyabr 2021Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?
Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları
8 sentyabr 2021Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA
Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar
10 sentyabr 2021Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI
Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima
12 sentyabr 2021Payız soyuqdəyməsindən bunlarla qorunun
Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana
17 sentyabr 2021Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI
Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə
13 sentyabr 2021Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib
12 sentyabr 2021