Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının son vəziyyəti

Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının son vəziyyətiXalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən "MedEra" klinikasının mühafizəçisi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.

İddia olunur ki, bir neçə gün əvvəl qulağından əməliyyat olunan xalq artisti "MedEra"nın gözətçisindən tibb bacısını çağırmasını xahiş etsə də, qarşı tərəfin bundan imtina etməsi mübahisəyə səbəb olub. Tərəflər arasındakı gərginlik də məhz bu səbəbdən yaranıb. Daha sonra mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib.

Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub.

Ağadadaş Ağayev tərəfindən atılan balta klinikada xadimə işləyən Nəzakət Paşayevanın ayağını yaralayıb.

Nəzakət Paşeyavanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə KONKRET.az "MedEra" klinikası ilə əlaqə saxlayıb:

Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, Nəzakət Paşayeva evində müalicə alır:

"Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil".

Hüquqşünas Nəzakət Paşayevanın təzminat davası aça biləcəyi ehtimalına da aydınlıq gətirib:

"İndi təzminat iddiası ilə bağlı nəsə demək üçün tezdir. Bu mövzu rəhbərlik səviyyəsində müzakirə edilməlidir. Yalnız bundan sonra dəqiq nəsə demək olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3535   Tarix: 24 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr