DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı AÇIQLAMA

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı AÇIQLAMASosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

Oxu.Az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən üç nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:

"Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir".

17:32

Bakıda Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilən xanım sürücünün qəza törədərək hadisə yerindən qaçdığı iddia olunub.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılmış görüntü ilə əlaqədar Bakı Şəhər Yol Polis idarəsində araşdırma aparılır.

15:12

Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.

Bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.

Belə ki, 99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.

Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.

Sözügedən videonu təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3712   Tarix: 29 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr