Öldürdüyü milçək kişinin gözünün çıxarılması ilə nəticələndi
Çində qəribə bir hadisə gündəm olub. Belə ki, öldürülmüş milçək yerli sakini gözündən məhrum edib.
Oxu.Az-ın mk.ru-ya istinadla verdiyi məlumata görə, qeyri-adi hadisə Şençjen vilayətində baş verib.
Bildirilir ki, Vu soyadlı kişi üzünə qonan kiçik bir milçəyi əli ilə öldürüb. Bundan təxminən bir saat sonra onun sol gözü qızarıb, şişib. Çinli dərhal həkimə müraciət edib. Həkimlər ona "mövsümi konyunktivit" diaqnozu qoyub, damcı yazıb və evə göndəriblər.
Ancaq bir neçə gün sonra kişinin vəziyyəti daha da pisləşib. Bundan sonra o, böyük xəstəxanaya müraciət edir. Həmin vaxta qədər çinlinin gözü, demək olar ki, kor olub, gözün ətrafındakı sahə isə xoralarla örtülüb.
Xəstəxanada məlum olub ki, kişi üzündə drenaj milçəyini öldürüb, bununla da bakterial infeksiya yoluxub. Həkimlər infeksiyanın beyinə keçməməsi üçün xəstənin gözünü çıxarmaqdan başqa çarə tapa bilməyiblər. Əks halda bu, ölümlə nəticələnə bilərdi.
Qeyd edək ki, mütəxəssislər həşəratları bədəndə, xüsusən də üzdə öldürməməyi, sadəcə əl hərəkəti ilə qovmağı tövsiyə edirlər. (Oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1068 Tarix: 31 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabr