"Vnimatelni" olmadın günün qaradır və ya "balta nəzakəti" sindromu

"Vnimatelni" olmadın günün qaradır və ya "balta nəzakəti" sindromuSon günlər biz cəmiyyət olaraq tərbiyə, nəzakət, ədəb çatışmazlığı sindromu yaşayırıq. Biz deyəndə konkret olaraq səni nəzərdə tutmuram. Bunu oxuyan birinin "tərbiyəsiz özünsən" kimi qeyri-iradi səsləndirdiyi fısıltıları duyuram. Amma o "biz"in içində inan ki, ən yaxınından bir neçə nəfər var, hətta özünə də bir yenidən baxsan pis olmazdı...

Bu günlərdə qarşıma orta yaşlı əli zənbillərlə dolu bir xanım çıxdı. Geri çəkilib ona daha rahat keçməsi üçün şərait yaratdım. Xanımın baxışlarından sezilirdi ki, o bu jest üçün çox minnətdardır. Gözləri ilə "məmnunam" mesajını ötürsə də bunu dilləndirməyə cəsarət etmədi. Üst-başından müasir birinə oxşayan xanım "təşəkkür edirəm" deməkdən utanırdı sanki.

Bu həyatımızda yaşadığımız gündəlik hallardan biridir. Adi etiket qaydalarında belə əksəriyyətimiz zorlanırıq. Bunun səbəbi isə verilən tərbiyədədir təbii ki... Hansı ki, hələ körpəlikdən insanlara bu etiket qaydaları rahatca aşılanmalıdır. Bunun əvəzinə isə bəzi sərt xarakterli atalar uşağa "durub səni baltalayaram", "başını kəsərəm" və s. deyir. Hesab edir ki, bu da tərbiyənin bir növüdür, onu qorxudub daha ədəbli edə bilər. Amma atanın yalnız söz olaraq dediyi o balta, bıçaq uşağın şüuraltına yazılır. Psixoloji gərginlik yaranan kimi ətrafda balta və ya bıçaq varsa əl avtomatik ona uzanır. Həmin uşağın mehribançılığı və səmimiyyəti də "balta nəzakəti"ndən uzağa gedə bilmir. Yəni balta nə qədər yerində sakitdirsə, uzaqdan heç də pis görünmür, amma onu hansısa bir emosianal hisslər keçirənin əli alıb fırladılanda bu artıq təhlükədir.

Cəmiyyətimizdə "balta nəzakəti" sindromu çox yayılıb. Ona görə, tanımadığın insana təşəkkür etməyə belə çəkinirsən ki, səhv başa düşər. Hələ təşəkkür bir yana "bağışla" demək adamı lap qorxudur. Bir də görəcəksən "Məhəllə"dən biri çıxıb "bağışlanı da birtəhər deyirsən ey" söyləyib cumdu üstünə.

Demək "etiket qaydası"nın mənası lazım olduğu zaman yaxşı davrana bilməkdir. Belə məlum olur ki, bu bizə çox da lazım deyil. Yoxsa bəzi elit cəmiyyətlərdəki kimi, "təşəkkür edirəm əfəndim", "o nə sözdür rica edirəm", "əslində mən rica edirəm", "Əstəfurullah rahatsız olmayın" kimi sözləri arda-arda qoşsan bu söhbət bitməz… Yəqin bizim camaatın bu etiketlərə ayıracaq zamanı yoxdur.

Etiket qaydalarından biri də və demək olar ki, ən əsası emosiyaları idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir. Kifayət qədər vacib məsələ olsa da bunda çoxlarımız zorlanırıq.

Məsələn, biri gəlib həyətində zibil görürsə, əlinə bir rəng fırçası alıb divara yazmadığını buraxmır. Söhbət ana-bacı söyüşünə kimi gedir. Təsəvvür edin ki, həmin anda biri çıxıb deyir ki, "bağışlayın o zibili bilməyərəkdən mən atmışam". Buna kiminsə cəsarətinin çatacağına inanmaq çox çətindir. Çünki cəmiyyətdə "bağışla", "üzr istəyirəm", "bir daha olmaz" kimi sözlər o qədər az işlənir ki, insanlar sanki onu deməyi də, onu deyənə güzəşt etməyi də unudublar.

Kimə bu barədə danışırsan rahatca deyir ki, bunlar hamısı tərbiyə məsələdir. Xoşlamadığı hallarla rastlaşan kimi TƏRBİYƏSİZ deyib məsələni bitmiş hesab edir. Bu TƏRB niyə YİYƏSİZ qalıb? Buna kim yiyə çıxmalıdır axı?

Əslində tərb deyilən bir şey yoxdur, elə-belə dedim. Hə, "tərbi" deyən bir şey var o da dördləmə, iki misralı şeiri dörd misralı etmək deməkdir. Bunun da söhbətimizə dəxili yoxdur. Sadəcə demək istədiyim odur ki, bu "tərb" yiyəsiz qaldıqca istəyir Xalq artisti olsun, istəyir akademik qarşısına keçənə balta da fırladacaq, söyüş də. Bəs nə edək. Bu tərbiyə məsələsini haralara yazaq ki, insanlar oxusunlar və onu sözün həqiqi mənasında anlasınlar.

Onu da deyim ki, tərbiyəni divara yazmaqla da vermək olmur. Məsələn, bu gün rastlaşdığım və fotosunu çəkdiyim, bir haldan da danışmaq istəyirəm.

Divara yazıb ki, hər iki lifti çağırma, balkondan aşağı siqaret atma. Axı bunları normal insana deməyə nə ehtiyac var? Anlayan olsa bu həmin səmtdə yaşayanlar üçün bir hörmətsizlikdir. Bu da tərbiyə üsulu deyil vallah. Tərbimizə yiyəlik edək, qalanı düzələcək. Yəni rəhmətlik Davud (Məmmədsadıq Nuriyev) demiş "iş sosiska da deyil, adam gərək vnimatelni olsun".
"Vnimatelni" olmadın günün qaradır və ya "balta nəzakəti" sindromu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1190   Tarix: 31 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr