İsmayıl Haniyə kimdir? – Dəfələrlə sui-qəsdə uğrayan, "xüsusilə təhlükəli", 13 uşaq atası

İsmayıl Haniyə kimdir? – Dəfələrlə sui-qəsdə uğrayan, "xüsusilə təhlükəli", 13 uşaq atasıHAMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda iqamətgahında vurularaq öldürülüb. Lent.az "Bioqrafiya" rubrikasında İsmayıl Haniyənin həyatı və fəaliyyəti barədə məlumat verir.

- İsmayıl Haniyə harada və nə zaman anadan olub?

İsmayıl Haniyə, bəzi mənbələrə görə, 1962-ci ildə (dəqiq tarix məlum deyil) Qəzzada (Fələstin) əl-Şati fələstinli qaçqın düşərgəsində anadan olub.

- İsmayıl Haniyə ali təhsil alıb?

O, 1987-ci ildə Qəzza İslam Universitetinin Ərəb ədəbiyyatı fakültəsini bitirib.

- İsmayıl Haniyə siyasi fəaliyyətə necə başlayıb?

Təhsil aldığı müddətdə islamçı tələbə icmasına rəhbərlik edib. 1987-ci ildə İslami Müqavimət Hərəkatına (HAMAS) qoşulub. Haniyə bu islamçı təşkilatın yaradıcılarından biri olan Şeyx Əhməd Yassinə yaxın idi.

1988-ci ildə Haniyə İsrail dövlətinə qarşı Fələstin xalq etiraz hərəkatında iştirak etdiyinə görə, İsrail hakimiyyəti tərəfindən həbs edilib və altı ay müddətinə həbsdə qalıb. 1989-cu ildə o, yenidən həbs olunub və digər islamçı fəallarla birlikdə Livanın cənubuna deportasiya edilib.

O, 1993-cü ildə Oslo sazişləri (İsrail-Fələstin münaqişəsinin həlli üçün 1993-1995-ci illərdə bir sıra sazişlər) imzalandıqdan sonra Qəzzaya qayıdıb. 1994-cü ildə Haniyə Qəzza İslam Universitetinin fakültələrindən birinin dekanı olub. 1997-ci ildə o, HAMAS-ın ruhani lideri Şeyx Əhməd Yasinin ofisinə rəhbərlik edib (Yasin 2004-cü ilin martında öldürülüb).

2004-cü ilin martında Haniyə HAMAS-ın liderlərindən biri olub, təşkilatın Qəzza zolağında fəaliyyətinə rəhbərlik edib. O, İsrailin məhv edilməsi ilə bağlı ictimai çağırışlardan yayınıb və "mötədil" islamçı, praqmatist və bacarıqlı danışıqlar aparan şəxs kimi şöhrət qazanıb. HAMAS və FAT arasında vasitəçi olub. İordan çayının qərb sahilində yerləşən bu hərəkat Fələstin Azadlıq Təşkilatının (FAT) əsas siyasi qüvvəsidir və rəsmi olaraq fələstinlilərin maraqlarını beynəlxalq səviyyədə təmsil edir

2006-cı ildə Fələstin Milli Administrasiyasına keçirilən parlament seçkilərində (PNA; Oslo razılaşmalarına uyğun olaraq, onun suverenliyi İordan çayının qərb sahili və Qəzza zolağına qədər uzanır) HAMAS siyahısında birinci yeri tutub. Seçkilərdəki qələbəsindən sonra Haniyə bildirib ki, HAMAS "Fələstinin maraqlarına cavab verən siyasi xətt yaratmaq üçün FAT və bütün milli qüvvələrlə tərəfdaşlığını davam etdirəcək.

- İsmayıl Haniyə nə zaman baş nazir olub?

2006-cı ilin fevralında Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbas İsmayıl Haniyəni baş nazir vəzifəsinə təsdiq etdi. Haniyə 2007-ci ilin fevralına qədər birpartiyalı HAMAS hökumətinə rəhbərlik edib.

2007-ci ilin martında HAMAS və FAT arasında əldə olunan razılaşmalardan sonra Haniyə milli birlik hökumətinə rəhbərlik edib. Haniyə hökumətin məqsədinin "azadlığa, müstəqilliyə nail olmaq və qaçqınların geri qayıtmaq hüququnu həyata keçirmək" olduğunu bildirib.

2007-ci il iyunun 14-də Qəzza zolağında hakimiyyəti HAMAS silahlıları tərəfindən zorla ələ keçirdikdən sonra Mahmud Abbas Haniyənin kabinetini buraxıb. Lakin o, ləğvetmə fərmanının qanunsuz olduğunu bildirib. Yalnız HAMAS üzvlərinin qaldığı hökumət 2014-cü ilə qədər Qəzza zolağında fəaliyyətini davam etdirib.

Faktiki olaraq Qəzza zolağı Mahmud Abbasın başçılıq etdiyi Fələstin hakimiyyətinin nəzarətindən kənar bir anklav halına gəlib.

2014-cü ilin yazında, fələstinlilərarası barışıq prosesinin bir hissəsi olaraq, İsmayıl Haniyə baş nazir vəzifəsindən istefa verib və bununla da FAT və HAMAS nümayəndələrinin daxil olduğu milli birlik hökumətinin yaradılması üçün fürsət yaranıb.

2014-2017-ci illərdə Yəhya Sinvarla əvəzlənənə qədər təşkilatın Qəzza zolağında lideri olaraq qalıb. 2017-ci ildən HAMAS siyasi bürosunun rəhbəri olub.

ABŞ Prezidenti Donald Trampın 2020-ci ilin yanvarında Fələstin-İsrail probleminin həlli planını, əsasən, İsrailin maraqlarını nəzərə almaqla açıqladıqdan sonra Haniyə ABŞ-ın təşəbbüsünün "Fələstin milli layihəsini ləğv etmək" məqsədi daşıdığı qənaətində olduğunu bildirib. Haniyə və Abbas razılaşmaya qarşı çıxmaq üçün birgə addımlar barədə razılığa gəliblər.

- İsmayıl Haniyə ailəli idi?

Bəli. Ailəli idi, onun 13 övladı var.

- İsmayıl Haniyə kasıb idi yoxsa zəngin?

İsmayıl Haniyə dünyanın ən zəngin fələstinlilərindən biri hesab olunurdu. Onun sərvəti 10 milyard dollardır. O, son illər Qətərdə mühacirətdə yaşayırdı.

- İsmayıl Haniyəni kimlər terrorçu elan edib?

2018-ci ilin yanvarında ABŞ Dövlət Departamenti İsmayıl Haniyəni "xüsusilə təhlükəli qlobal terrorçu" elan edib. ABŞ hakimiyyəti bunu onunla əsaslandırıb ki, o, amerikalıların 1997-ci ildən rəsmi olaraq terrorçu, 2001-ci ildən isə xüsusilə təhlükəli kimi təsnif etdiyi təşkilata rəhbərlik edir.

- İsmayıl Haniyəyə əvvəllər sui - qəsd edilib?

Haniyə 2006-cı ilin oktyabrında Qəzzada öz kortejinə hücumdan və 2007-ci ilin mayında evinə raket hücumundan sağ çıxıb. 61 yaşlı HƏMAS liderinin Hazem, Əmir və Məhəmməd adlı üç oğlu və üç nəvəsi bu ilin aprelində Qəzza zolağındakı Şati qaçqın düşərgəsinə hava hücumu nəticəsində həlak olub.

Ona edilən son hücum nəticəsində İsmayıl Haniyə və onun bir cangüdəni həlak olub. Rusiya İsrailin bu hərəkətini qətiyyətlə pisləyib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1428   Tarix: 01 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr