BNA-nın yazdığı cərimələr çaşqınlıq yaradıb - Məhkəməyə verə bilərsiz

BNA-nın yazdığı cərimələr çaşqınlıq yaradıb - Məhkəməyə verə bilərsizPaytaxt sakini Ceyhun Təyyar oğlu Aslanov bir neçə il əvvəl Bakı Nəqliyyat Agentliyi (ləğv edilib) tərəfindən ona yazılmış cərimələrə görə avtomobilini texniki baxışdan keçirə bilmədiyini deyir.

"Qafqazinfo"ya müraciət edən sürücü bildirib ki, iyulun 27-də özünə məxsus olan 90-DD-530 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilini növbəti texniki baxışdan keçirmək istəyib.

Lakin DİN-in Baş DYP idarəsinin Xocasən qəsəbəsində yerləşən texniki baxış məntəqəsində BNA tərəfindən yazılmış cərimələr problem yaradıb: "BNA tərəfindən 2019-2021-ci illərdə mənə 6 protokolun yazılmasından, ümumiyyətlə, xəbərim olmayıb. Həmin protokollar nə mənim ASAN elektron kabinetimdə, nə də Daxili İşlər Nazirliyinin elektron sistemində yaradılmış elektron kabinetimdə var. Bundan əlavə, yaşadığım və qeydiyyatda olduğum ünvanıma da göndərilməyib.

Həm də çox maraqlıdır ki, protokollar mövcud olduğu halda necə ola bilər ki, 2019-2023-cü illər ərzində texniki baxışdan problemsiz keçmişik?! 18.02.2022-ci il tarixdə sürücülük vəsiqəmi "ASAN" Xidmət mərkəzində dövlət rüsumu ödənilməklə dəyişdirmişəm. Hamıya məlumdur ki, "Yol hərəkəti haqqında" Qanuna görə cərimə olduğu təqdirdə nə texniki baxışdan keçmək, nə də sürücülük vəsiqəsini dəyişdirmək mümkündür".

Şikayətlə bağlı qısa araşdırma apararkən məlum oldu ki, Ceyhun Aslanov bu problemlə qarşılaşan ilk şəxs deyil. Belə ki, ləğv edilmiş və səlahiyyətləri müxtəlif qurumlar arasında bölünmüş BNA-nın tərtib etdiyi cərimələr sonradan DİN-in məlumat sisteminə inteqrasiya edilib və bu protokollar avtomobillərin texniki baxışdan keçirilməsi zamanı üzə çıxır.

Məsələ ilə əlaqədar Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun rəsmisi polkovnik-leytenant Mübariz Ağayev "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirdi ki, vətəndaş qarşılaşdığı vəziyyəti hüquqi müstəvidə mübahisələndirə və məhkəməyə müraciət edə bilər: "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermə hüququna malik olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi texniki baxışa təqdim edildikdə onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış, icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkətinin təhlükəsizliyin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılır və texniki baxışdan keçməsi barədə elektron talon tərtib edilir.

Bu müraciətdə qeyd edildiyi kimi ləğv edilmiş qurum tərəfindən vaxtilə qayda pozuntusuna dair inzibati cərimə tərtib edilibsə, o cərimələr də qanunvericiliyə əsasən çıxarılıb və sistemdə görünür. Həmin şəxs tərtib edilmiş protokollarla bağlı öhdəliklərini ödəməlidir və ya mübahisəli məsələ varsa, həmin sözügedən qurumun hüquqi varisinə və yaxud məhkəmə orqanına müraciət edərək məsələni həll etməlidir. Həmin cərimələrlə bağlı problem aradan qalxdıqdan sonra vətəndaş avtomobilini texniki baxışa təqdim edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 772   Tarix: 01 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr