Yeni ssenari GÜNDƏMDƏ: Düşünməli olan tərəf isə ERMƏNİSTANDIR - ŞƏRH

Yeni ssenari GÜNDƏMDƏ: Düşünməli olan tərəf isə ERMƏNİSTANDIR - ŞƏRHXəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında diplomatiki görüşlər davam edirş Bu çərçivədə Türkiyə-Ermənistan münasibətləri gündəmə gəlir. Çünki mövcud ssenari Türkiyə-Ermənistan arasında davam edir. Bildiyimiz kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da Ermənistan-Türkiyə sərhədində danışıqların beşinci raundunu keçiriblər. Hər iki tərəfdən görüşdə barədə müsbət mesajlar verilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sabah" nəşrinə müsahibəsində iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində açıqlamalar verib. O bildirib ki, münasibətlərin normallaşacağı təqdirdə Ankara da müəyyən ssenari hazırlayacaq. Yəni Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənsitanla sərhədlər açıla bilər. Bəs hansı şərtlər daxilində iki ölkə arasında sərhədlər açıla bilər?

Mövzunu Sonxeber.az-a şərh edən politoloq Kazım Kazımov deyib ki, Ermənistan və Türkiyə arasında ikinci Qarabağ müharibəsindən sonra dialoq qapıları müəyyən dərəcədə açıldı:

"Çünki Ermənistan-Türkiyə münasibətlərinin 30 ildə inkişaf etməməsinin iki əsas səbəbi var idi. Birincisi Qarabağ işğal altında saxlanılması, ikincisi isə erməni lobbisinin və dövlətinin qondarma soyqırımı iddialarından əl çəkməməsi idi. Biz bilirik ki, Qarabağ işğaldan azad edildiyinə görə, əsas iki məsələdən biri həll edilib. Türkiyə və Ermənistan bu səbəbdən dialoqlarını 2020-ci ildən davam etdirirlər. Ən son olaraq hər iki ölkənin heyətləri vizaların sadələşdirilməsi məsələsində görüşmələr həyata keçirdi. Həm İrəvandan, həm də Ankaradan verilən açıqlamalarda görüşün müsbət keçdiyi ifadə edildi".

Politoloqun sözlərinə görə, Ankara və Bakı arasında sülhün bölgəmizdə təmin edilməsi üçün böyük işlər həyata keçirilir. Telekommunikasiya xətlərinin açılması bölgəmizdə sülhə ən böyük yardımçı olacaq vasitələrdir:

"Onu da qeyd etmək lazımdır ki, Ankara və Bakı arasında olan səmimi və sıx əməkdaşlıq bölgəmizdə sülhün və sabitliyin təminatçısıdır. İrəvan isə bu gün təəssüflər olsun ki, hələ də sülhə səbəb olacaq imzaları atmayıb. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi uzandıqca uzanır. İrəvan sülhün təmin edilməsinə çox də həvəsli görünmür. Eyni zamanda bütün bunlar İrəvan-Ankara münasibətlərinə təsir göstərir. Belə ki, Azərbaycan və Ermənistan arasında yekun sülh olmadan Türkiyə və Ermənistan sərhədləri tam olaraq açılmayacaq. İki ölkənin münasibətləri tam olaraq bərpa edilməyəcək. Burada münasibətləri bərpa etməyə ehtiyacı olan tərəf Ermənistandır. Çünki Ermənistan 2 milyonluq əhaliyə sahib, zəif iqtisadi sistemi olan kiçik bir ölkədir. Türkiyə üçün Ermənistan o qədər böyük əhəmiyyət kəsb etmir. Ermənistanın bütün iqtisadiyyatı Türkiyənin sənaye iqtisadiyyatının yarısı qədər etmir. Burada düşünməli olan Ermənistandır və sülhün təmin edilməsində daha çox vaxt və enerji sərf etməli olan  tərəfdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1362   Tarix: 01 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr