Vitse-spiker postuna üç ilginc namizəd - Əhmədov, Qədirli və...

Vitse-spiker postuna üç ilginc namizəd - Əhmədov, Qədirli və...Növbədənkənar parlament seçkilərindən sonra bu postlarda dəyişikliklər gözlənilir; qanunvericiliyə və Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, vitse-spikerlər belə seçilir... Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyində ciddi dəyişikliklər olacaq. Spiker Sahibə Qafarova istisna olmaqla, vitse-spikerlərin yenilənəcəyi bildirilir. Yenisabah.az bununla bağlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri sayta deyib ki, hazırda Milli Məclisdə müxalifəti təmsil edən vitse-spiker başqa siyasi partiyanın nümayəndəsi ilə əvəzlənəcək. Onun sözlərinə görə, 2020-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının seçilmiş nümayəndəsi olaraq, parlament rəhbərliyində təmsilçilik hüququ qazanan Fəzail İbrahimli bu dəfə yerini müxalifətdən olan başqa həmkarına verəcək.

Mənbə deyib ki, Adil Əliyevin boşaltdığı postu da bitərəflərin nümayəndəsi tutacaq. Birinci vitse-spiker vəzifəsinə isə YAP-ın aparıcı fiqurlarından birinin seçilməsi gözlənilir. Həmin şəxsin, hakim partiya tərəfindən deputatlığı irəli sürülmüş, baş nazirin müavini Əli Əhmədov olacağı da istisna edilmir. Başqa bir iddiada isə deyilir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin növbəti dəfə deputat olarsa, parlamentin vitse-spikeri vəzifəsinə seçiləcəyi gözləniləndir. Onun Suraxanı rayonunun icra başçısı vəzifəsinə təyin edilən Adil Əliyevin yerinə Milli Məclis sədrinin bitərəfləri təmsil edən müavini postunu tutacağı iddia olunur.

Məlumatlı şəxs müxalifəti təmsil edəcək vitse-spikerin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ildə REAL Partiyasından deputat seçilmiş hüquqşünas Erkin Qədirlinin bu posta sahib olmaq şansı digər müxalif həmkarları ilə müqayisədə xeyli böyükdür. Mənbənin iddiasına görə, bu dəfə VHP-nin ana müxalifət olmaq şansı aşağıdır. REAl-ın 2 nümayəndəsinin - İlqar Məmmədovun və Erkin Qədirlinin deputat seçilmək şansı yüksək qiymətləndirilir. Seçki marafonuna Yevlaxdan qoşulan Rəsul Cəfərov isə REAl-a 3-cü mandatı qazandıra bilər. Bu partiya növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisdə hətta iki deputatla təmsil olunsa belə, müxalifət üçün nəzərdə tutulan vitse-spiker postu REAl-ın nümayəndəsinə veriləcək. Yeni vitse-spikerin hazırks deputat Erkin Qədirli olacağı istisna edilmir.

Qeyd edək ki, Milli Məclisin sədri deputatlar sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.

Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı Komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər. Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədri seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, Milli Məclisin Daxili Nizamnaməsinin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclis sədrinin birinci müavininin seçkiləri keçirilir. Milli Məclis sədrinin seçilməsi parlamentin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır.

Milli Məclis sədrinin müavinləri isə Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər.

Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

REAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli "Yeni Müsavat"a qeyd etdi ki, qanunvericiliyə görə və parlamentin Daxili Nizamnaməsinə əsasən, seçkilərdə ikinci yeri tutan partiya vitse-spikerliyə iddia edə bilər: "Biz 13 namizədlə seçkilərdə iştirak edirik və məqsədimiz elə ikinci yeri tutmaqdır. Əgər elə bir nəticə əldə etsək, yəni ikinci olsaq, o zaman Milli Məclisin Daxili Nizamnaməsinə istinad edərək, parlamentə seçilmiş üzvümüzün birinin vitse-spiker vəzifəsinə irəli sürülməsi mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1003   Tarix: 02 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021