Küçə davasında boks üzrə dünya mükafatçısının gözünü çıxartdılar
Boks üzrə Rusiya və Avropa çempionu Dmitri Dvali küçənin ortasında bir dəstə kişinin döydüyü oğlanı müdafiə edərkən gözünü itirib.
Oxu.Az-ın "Shot" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, qorxunc hadisə Krımın Feodosiya şəhərində baş verib.
Məlumata görə, 24 yaşlı idmançı qardaşı və döyüş həkimi ilə birlikdə gənc boksçular üçün ustad dərsi keçirmək məqsədilə Feodosiyaya yollanıb. Həkimi ilə səhər saat 6:30-da qaçışdan sonra sahil boyunca hotelə qayıdarkən bir dəstə kişinin bir oğlanı döydüyünü görüblər. Şahidlərin sözlərinə görə, təxminən 15 kişi olublar. İdmançılar döyülən oğlanı müdafiə edəndə kütlə onlara hücum edib.
Sərt döyüşdə Dvalinin gözü çıxıb. O, təcili xəstəxanaya yerləşdirilib. İdmançı hazırda Moskvada xəstəxanadadır, həkimlər orbital sümüyün sınığı diaqnozunu qoyublar. Dvali artıq bu gözü ilə görə bilməyəcək. Buna baxmayaraq həkimlər onun gözünü orqan kimi saxlamağa çalışırlar.
Dmitrinin sözlərinə görə, bu hadisə onu boks karyerasından məhrum edib, sağlam gözündəki görmə qabiliyyəti zamanla zəifləyə bilər, çünki yük yalnız onun üzərində olacaq.
Bazar ertəsi boksçu əməliyyat olunacaq.
Dmitrinin sözlərinə görə, hələ də həkimin gözü xilas edəcəyinə ümidi var: kiçik bir şans var ki, o, işıq və siluetləri görə biləcək. Əks halda, gələcəkdə zədələnmiş orqanın protezlə əvəz olunması gözlənilir. Dmitri polisə şikayət ərizəsi ilə müraciət edib, şübhəlilər axtarılır.
Hadisə zamanı onun döyüş həkimi Yevgeni də yaralanıb - onun əli sınıb. Yevgeni artıq əməliyyat olunub və qoluna mil qoyulub.
Dmitri Dvali beynəlxalq dərəcəli idman ustası, dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionu, hərbi qulluqçular arasında dünya çempionu, 22 yaşadək gənclər arasında Rusiya çempionudur.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 710 Tarix: 03 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda azad edilən Yaponiya vətəndaşı Azərbaycana gəlib
"Daha əvvəl İranda saxlanılan iki Yaponiya vətəndaşından biri azad edilib və tezliklə vətənə qayıda biləcək". TASS-a istinadən bildirir ki, bunu Yaponiya Xarici İşlər Naziri Tosimitsu Moteqi bildirib. "İkinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik", - deyə o, yerl
22 martÖtən gün 40,9 kq narkotik vasitə aşkar edilib
Ötən gün 40,9 kq narkotik vasitə aşkar edilib. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21-də ümumi çəkisi 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətl
22 martQonşular arasındakı qız istəmə mərasimi faciyə ilə nəticələndi
Antalya şəhərinin Muratpaşa rayonunda qonşular arasında qız istəmə məsələsi səbəbindən baş verən mübahisə faciə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, dava zamanı 2 nəfər yaralanıb. Hadisə yerindən qaçan 3 nəfər isə polis tərəfindən saxlanılıb. [hh4-unikal]
18 martÖtən gün qanunsuz saxlanılan 7 tüfəng aşkarlanıb
Ötən gün qanunsuz saxlanılan 7 tüfəng aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 tüfəng edərək götürüblər. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odl
22 mart54 yaşlı kişi hamamda yıxılıb öldü
54 yaşlı kişi hamamda yıxılıb ölüb. "Qafqazinfo" ya istinadən xəbər verir ki, Qax şəhər sakini 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlu yaşadığı mənzildə hamam otağında yıxılaraq vəfat edib. Faktla bağlı araşdırma aparılır
22 mart11 yaşlı uşaq faciəli şəkildə öldü
Türkiyənin İzmir vilayətində ailəsinə məxsus tarlada atasına kömək edən 11 yaşlı Mehmet Dönmez faciəvi şəkildə həyatını itirib. Hadisə əkin sahəsində baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, atası ilə birlikdə tarlada çalışan azyaşlı traktora qoşulmuş aparata ilişərək sıxılıb
19 martMəsciddə qalmaqallı GÖRÜNTÜ: Yarıçılpaq hald VİDEO çəkdi
İstanbulda inanılmaz bir hadisə sosial medianın və ictimaiyyətin gündəmini silkələyib. xəbər verir ki, şəhərin ən sıx ibadət saatlarından birində baş verən olay həm sosial şəbəkələrdə, həm də geniş ictimai müzakirələrdə böyük rezonans yaradıb. Məlumata görə, kimliyi hələlik müəyyən edilməyən bir şəx
24 martSaatlar əvvəl təhvil aldığı avtomobil külə döndü
Türkiyənin Kırıkkale şəhərində hərəkətdə olan LPG-li avtomobilin mühərrik hissəsində qəfil yanğın baş verib. Alov qısa müddətdə böyüyərək nəqliyyat vasitəsini tam yararsız hala salıb. türk mediasına istinadən xəbər verir ki,hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alova müdaxilə edərək yanğını söndürməy
19 mart