İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə "giriblər"? - QALMAQAL
Türkiyədə qeyri-qanuni miqrantlar və milyonlarla suriyalı qaçqın problemi siyasi gündəmin əsas mövzularından biri olaraq qalır. Problemin ciddiliyi həm də ondan ibarətdir ki, çoxlu sayda gələnlərin heç bir qeydiyyatı olmadan Türkiyədə yaşadığı güman edilir.
Hökumət də öz növbəsində problemi həll etməyə çalışır. Bu ilin yazında Daxili İşlər Nazirliyi yerli miqrasiya idarələrinə qeydiyyat yerində olmayan və ya qeydiyyatsız yaşayan miqrantların müəyyən edilməsi ilə bağlı göstəriş verib. Yerlərdə yoxlamalara başlanılıb. Ankarada regional miqrasiya idarəsinin əməkdaşları polis və küçə nəzarətçiləri ilə birlikdə miqrantların qeydiyyatda olduqları yerdə yaşayıb-yaşamadığını öyrənmək üçün əvvəlcədən müəyyən edilmiş ünvanlara gediblər.
Moderator.az haqqın.az-a istinadla xəbər verir ki, bu yoxlamalardan birində bələdiyyə əməkdaşı(bekçi) Ankaranın Çankaya bölgəsindəki fərdi evə gedib. Siyahıya əsasən, bu ünvanda iki azərbaycanlı miqrant qeydiyyatda olub. Lakin binaya yaxınlaşanda evin polisin mühafizəsi altında olduğu üzə çıxıb. Bekçi polisə yaxınlaşaraq bu ünvanda qeydiyyatda olan şəxsləri soruşub. Daxili İşlər Nazirliyinin əməkdaşları ona şübhə ilə yanaşıb, saxlayıb və baş verənləri rəhbərlərinə çatdırıblar. Polis şöbəsi işi araşdırmağa başlayanda qalmaqal yaranıb. Məlum olub ki, bu evdə daxili işlər naziri Ali Yerlikaya yaşayır.
Türkiyə mətbuatı bu qalmaqallı faktla bağlı araşdırmalara başlandığını, miqrasiya xidmətinin bir neçə əməkdaşının işdən çıxarıldığını yazır. Məlum olub ki, daxili işlər nazirinin evində qeydiyyatda olan azərbaycanlılar Türkiyədəki hərbi məktəblərdən birinin kursantlarıdır. Onlar həftə sonları məktəb binasını tərk edə bilmək üçün Türkiyədə yaşamaq icazəsi almalı idilər. Bunun üçün miqrasiya xidmətini daimi yaşayış ünvanı ilə təmin etmək lazım idi. Kursantlar daimi yaşayış ünvanı kimi daxili işlər nazirinin evini göstəriblər və orada qeydiyyata düşüblər.
Bu xəbər mətbuata yayıldıqdan sonra Baş Miqrasiya İdarəsi açıqlama yayıb və iki xarici vətəndaşın daxili işlər naziri Əli Yerlikainin evində qeydiyyatda olduğunu təsdiqləyib. İdarədən bildirilib ki, bu fakt 2024-cü il mayın 9-da müəyyən edilib və barələrində cinayət işinin başlanması üçün prokurorluğa müraciət göndərilib. Faktla bağlı araşdırma başlanıb, iki azərbaycanlı kursant, həmçinin iki mülki şəxs barəsində Ankara Prokurorluğuna müraciət edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 802 Tarix: 05 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Partlayış səsləri eşidiləcək - MN
31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqəda
31 martBakıda 2 yaşlı uşaq qəfil öldü
Bakıda səhhəti qəfil pisləşən 2 yaşlı uşaq vəfat edib. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Ələt qəsəbəsində baş verib. Belə ki, martın 30-u saat 07 radələrində 2024-cü il təvəllüdlü qəsəbə sakini Cahangir Şəhriyar oğlu İsgəndərli naməlum səbəbdən qaytarmağa başlayıb. O, xəstəxanay
31 martAzərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinib? - RƏSMİ
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. AQTA-dan -a verilən məlumata görə
31 martBakı-Quba yolunda "Bentley" aşdı, 1 nəfər xəsarət aldı (VİDEO)
Bakı-Quba yolunda qəza baş verib. Qaynarinfo DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, aprelin 1-də saat 06:00 radələrində "Bentley" markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlər
2 aprelBakıda və bəzi bölgələrdə külək güclənəcək
Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər
2 aprelOnlar da müəllim işləyə biləcək - Siyahı
"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb
1 aprelSabah yay havası olacaq: 26 dərəcə isti gözlənilir
Azərbaycanda aprelin 3-də 26 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim cənub-şərq küləyi əsəcək
2 aprelArdıcıl 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən...
Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 4, 5 və 6 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, qeyd oluna
1 aprel