Yayda payız havasının fəsadları

Yayda payız havasının fəsadlarıSon illər yay fəslində tez-tez havaların qeyri-sabit keçdiyini müşahidə edirik. Yayın ortasında qəfildən leysan yağışları, havaların soyuması halları baş verir. Bu baxımdan bu il də istisna olmadı. İyulun son günlərində müşahidə olunan qeyri-sabit, yaya xas olmayan hava insanları təəccübləndirdi.

Bəs bu cür havalarda necə davranmaq lazımdır? Səhhətimizi necə qorumalıyıq? Diqqət etməli olduğumuz məqamlar hansılardır?

Terapevt Fəxriyyə Əhmədova belə hava dəyişikliklərində xroniki xəstəlikləri olanları daha diqqətli olmağa çağırdı: "Revmatik xəstələr belə havaları daha pis keçirirlər. Onlarda oynaqlarda ağrılar, üşütmə, qızdırma, baş ağrısı, halsızlıq kimi hallar meydana gələ bilir. Ürək-damar xəstəlikləri olan şəxslərin də belə havalarda özlərini narahat hiss etmələri mümkündür. Vegetativ damar distansiyası, yəni sinir sistemində narahatçılığı olan xəstələr də havaların kəskin dəyişməsinə ciddi reaksiya verirlər. Şəkərli diabet xəstəliyi olan şəxslər də risk qrupuna daxildirlər".

Terapevt hesab edir ki, yayda soyuq havalar müvəqqəti olsa da, bəzi məqamlarda ehtiyatlı olmalıyıq: "Belə havalarda dərhal dərman qəbuluna qaçmaq lazım deyil. Ən azından, bir qədər gözləmək məqsədəuyğundur. Əsas da qan təzyiqinə nəzarət etmək lazımdır. Bu cür yağışlı, tutqun havalarda dərmanlara köklənməkdənsə geyimə, yuxu rejiminə fikir vermək tövsiyə edilir. Təzyiqə və şəkərə xüsusi nəzarət mütləqdir. Küləkli havalarda çalışmaq lazımdır ki, açıq havada çox olmayaq. Ürək-damar patologiyası olan insanlar qapalı yerlərdə daha çox zaman keçirməlidirlər. Bu havalar xüsusi xəstəlik yaratmasa da, xroniki halları kəskinləşdirə bilir. Soyuq havada dənizə getmək təhlükəlidir. Çalışmaq lazımdır bu havalarda dondurmadan, soyuq içkilərdən çox istifadə olunmasın. Xüsusilə də uşaqlara nəzarət gücləndirilməlidir".

Allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, belə dəyişkən havalar bədənin temperatur tənzimləməsinə təsir göstərir: "İnsanlar havalar soyuyan kimi payız fəslinə aid paltarlara keçid edirlər. Bu da orqanizmin temperatur tənzimləməsinin pozulmasına gətirib çıxarır. Bir neçə gündən sonra yenidən havanın isinməsi orqanizmi yenidən dəyişikliyə məcbur edir. Bu da bir çox xroniki xəstələr üçün arzuolunmazdır. Belə havalar müəyyən geomaqnit qasırğaların yaranmasına və ağır ürək-damar, bronxial-ağciyər, xroniki şəkərli diabet, hipertoniya xəstələrinin ağırlaşmalarına gətirib çıxara bilər. Ona görə bu xəstələr belə havalarda daha diqqətli olmalıdırlar. İnsanlar belə dəyişkən havalara adaptasiya olunmalıdırlar. Yəni hava soyuyan kimi qış paltarları geyinmək də məsləhət deyil".

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirdi ki, hazırda havaların soyuması ilə əlaqədar müəyyən viruslar aktivdir: "Belə havalarda geyimimizə diqqət etmək lazımdır. İnsanlar yay geyimində soyuq havada olurlar. Bu zaman soyuqdəymə halları baş verir. Belə havalarda orqanizmin uyğunlaşma reaksiyaları dəyişdiyindən müəyyən virusların da fəallaşması müşahidə edilir. Bu gün ayrı-ayrı yerlərdə lokal epidemiyaların olmasını da müşahidə edirik. Hesab edirəm ki, yavaş-yavaş belə hava şəraiti dəyişikliklərinə uyğunlaşmalıyıq".

Psixoloq Gülnarə Muxtarovanın sözlərinə görə, iqlim dəyişikliyi insanlara psixoloji də təsir edir: "Son dönəmlərdə havaların dəyişkən, qeyri-sabit keçməsi, tez-tez yağışların yağması insanların planlarında dəyişiklik etmələrinə səbəb olur. Bu da birbaşa psixologiyaya təsir edir. Çünki əksəriyyət yay aylarında istirahət xəyalları qurur və tətil planlarını gerçəkləşdirmək istəyir. Hava şəraitinin gözlənilməyən şəkildə dəyişməsi, insanların gözləntilərinin qarşılanmaması aqressivlik, xəyal qırıqlığı yarada bilir. Təkrar işləməyə davam etmək tükənmişlik sindromu kimi psixoloji sindromların baş qaldırmasına, yaxud əgər varsa, daha da güclənməsinə imkan yaradır".

G.Muxtarova düşünür ki, insanlar hava şəraitindən asılı olmayaraq planlarını pozmamalıdırlar: "Belə hallarda insanlar havaların bir az daha yaxşılaşmasını gözləyirlər. Amma tövsiyə edərdim ki, hava şəraiti necə olursa-olsun planlaşdırdıqları istirahəti yubatmasınlar. Sadəcə, hava şəraitinə uyğun B planları da olsun. Alternativ plan qurmaq daha məqsədəuyğundur, nəinki mövcud planı ləğv etmək".

Psixoloq Günel Hacızadənin fikrincə, hava şəraitinin insanlara təsiri fərdidir: "Fəsillərin və hava şəraitinin dəyişməsi insanlara həm fiziki, həm də psixoloji cəhətdən ciddi təsir göstərir. Bəzi insanlara tutqun və buludlu hava pis təsir edərkən, bəzi insanlarda isti və günəşli hava mənfi təsirlər yaradır. Kəskin hava dəyişkənliyi isə əksər insanların motivasiyasına mənfi təsir göstərir. Xəyal etdiyi kimi dincələ bilməmək ruh düşkünlüyü, hətta depressiyaya səbəb ola bilər. İstirahət planı qurarkən, havanın dəyişkənliyini nəzərə almaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 844   Tarix: 05 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr