Xankəndi və Xocalıda məktəblər açılacaq
Xocalı şəhər tam orta məktəb üçün 132 şagird yerlik binada cari təmir işləri 100% tamamlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iyul ayı ərzində nəzərdə tutulan işlər yekunlaşıb.
"Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub. Xankəndi şəhər Kərkicahan qəsəbə tam orta məktəbi üçün 624 şagird yerlik binada cari təmir işləri aparılır. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 45%-i) görülmüşdür. İşlərin 70%-i yerinə yetirilib. Daxildə kafel-metlax, bəzək işləri, taxta döşəmənin cilalanması, elektrik və santexnik işləri görülür. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Əlavə olaraq, Xankəndi şəhərində ümumi təhsil müəssisəsində təmir-tikinti işləri aparılaraq cari ildə istifadəyə verilməsi nəzərdə tutulub", - deyə "Trend"ə bildirilib.
Xatırladaq ki, 16 noyabr 2022-ci il tarixli Sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri həyata keçirilir .
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 377 Tarix: 05 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah yay havası olacaq: 26 dərəcə isti gözlənilir
Azərbaycanda aprelin 3-də 26 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim cənub-şərq küləyi əsəcək
2 aprelBakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb
1 aprelAzərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədə
2 aprelBakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir
Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə
31 martAzərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinib? - RƏSMİ
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. AQTA-dan -a verilən məlumata görə
31 martBir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, Cəbrayılov Məhəmməd Kamil oğlu (2018), Cəbrayılov Həmzə Kamil oğl
2 aprel