Azərbaycanda alimentin verilməsi 25 yaşa qədər ARTIRILSIN - TƏKLİF

Azərbaycanda alimentin verilməsi 25 yaşa qədər ARTIRILSIN - TƏKLİFXəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasında valideynlərin uşaqlarını 23 yaşına qədər saxlamağa məcbur edilməsi təklif olunub. Bununla bağlı qanun layihəsini Rusiya Liberal Demokrat Partiyasından (LDPR) seçilən deputatlar Dumaya təqdim ediblər. Bildirilir ki, yeni layihə uşaqları əyani təhsil alan valideynlər üçün nəzərdə tutulub. Layihəyə görə, əgər valideynlər arasında aliment ödənişi barədə razılaşma yoxdursa, bu məbləği pul şəklində məhkəmə müəyyən edəcək. Gələcəkdə rusiyalılar bu vəsaiti 23 yaşına qədər hər ay öz uşaqlarına ödəməli olacaqlar. Əgər tələbənin valideynlərindən maddi dəstək almaq imkanı olmasa, bu halda bacı-qardaşlar, nənə və babalar kömək edə bilərlər.

Bu gün ölkəmizdə boşanmaların sayı gündən-günə artır. Ailəsi dağıldıqdan sonra himayəsində kiçik yaşlı uşaqlarla tək qalan ana maddi problemlər ilə üzləşir. Bu kimi problemlər uşaqların psixologiyasında ciddi travmalar yaradır. Ata isə müxtəlif bəhanələr gətirməklə alimentdən yayınır və gəlirlərin əsas hissəsini gizlədir. Valideynlər istər birgə nikah, istərsə də nikah bitəndən sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar. Belə olan təqdirdə, Azərbaycanda aılimentin verilmə müddəti 18 yaşdan 23 yaşa qədər artırıla bilərmi?

Mövzunu Sonxeber.az-a şərh edən sosioloq Mətanət Məmmədova bildirib ki, Aliment bütün dövlətlər üçün əsas məsələlərdən biri olub:

" İlk olaraq düşünürəm ki, ailələrin dağılmaması daha vacibdir. Ailə öz dəyərini bilməli və ər-arvad bunu anlamalıdır. Bəzi müəyyən səbəblərdən ailələr dağılırsa, aliment ortaya çıxır. Alimentin müddətinin 23 yaşa qədər uzadılması çox gözəl bir məsələdir. 23 yaş bir fərdin gənclik çağıdır. İnsanın bu zaman ailəyə daha cox ehtiyacı olur. O yaşda olan insan təhsil alır, başqa problemlər üzə çıxanda valideyn övladına dəstək olmalıdır. Rusiyada alimentin 18 yaşdan 23 yaşa qaldırılması ümumi vətəndaşlar üçün nəzərdə tutulmaya bilər. Bəzi imtiyazlı şəxslər üçün bu addım atıla bilər. Yəni hər bir boşanan ailənin övladına 23 yaşına qədər aliment verməsini hər kəsə şamil olacağını düşünmürəm. Bu bəzi imtiyazlar ilə bağlı ola bilər. Bu bizim ölkəmizdə əvvəldən mövcuddur".

Sosioloqun sözlərinə görə, ümumi aliment yaşı Azərbaycanda 18-ə qədərdir. Lakin bəzi imtiyazlı uşaqlar var ki, onlarda aliment yaşı 18 -dən yuxarıdır:

" Buna birinci qrup əlilləri nümunə göstərə bilərik. Onların sağlamlıq imkanları məhdud olduğundan aliment yaşı yuxarıdır. Əgər övladın sağlamlığı bərpa olunarsa, məhkəmə tərəfindən bununla əlaqədar qərar qəbul edilərsə, aliment o zaman dayandırıla bilər. Əks halda həmin uşağa alimentin verilməsi davam edir. Yaxşı olar ki, nəinki ölkəmizdə, bütün dünyada alimentin verilməsi vaxtı uzadılsın. Burada valideyn ilk növbədə ailənin qədrini bilməli və dağıtmamalıdır. İkincisi isə dağılmış ailədə valideyn əziyyət çəkməli və öz övladının arxasında dayanmağı özünə borc bilməlidir. Valideyn olmasa belə övladına pul vəsaiti ilə kömək etməlidir".

Mətanət Məmmədova təklif edir ki, alimentin verilmə müddəti 25 yaşa kimi artırılsa daha yaxşı olar:

"Biz də belə bir məsələ var. Amma bunun təhsil alan gənclər üçün şamil edilməsi daha məqsədəuyğundur. Gənclik dövründə təhsil alan və ailə quran gənclərimiz üçün ölkəmizdə təqdirəlayiq bir addım olardı. Bu insanlara valideynlik borcunun nə olduğunu daha yaxşı anlamağa imkan verir. Eyni zamanda bu ətrafdakı insanlara da nümunə olardı. Ailəni dağıtmamaq lazımdır. Ailə daxilində uşağa dəstək vermək lazımdır. Bu gün əgər valideyn övladına aliment ilə dəstək olursa, bunu ailə daxilində etmək olar. Bu nöqteyi-nəzərdən təklif edirəm ki, alimentin verilmə müddəti 25 yaşa qədər qaldırılsa daha təqdirəlayiq addım olar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 956   Tarix: 05 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr