Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb (FOTO)
Xəbər verdiyimiz kimi, "Bakı Oksford Məktəbi"nin müsadirə olunan binası iyul ayının 29-da açıq hərraca çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina hərraca çıxarlısa da, satılmayıb.
Məlumat üçün bildirək ki, ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manatdır. 27 avqust tarixində keçirilməsi nəzərdə tutulan təkarar hərracda binanın start qiyməti dəyişməz qalacaq.
Onu da qeyd edək ki, "Bakı Oksford Məktəbi"nin binası hazırda həbsdə olan "Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. "Bakı Oksford Məktəbi"nin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.
Binanın 2-ci sahibi isə Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2430 Tarix: 05 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağcabədidə qanunazid toy: Komitə məsələni NƏZARƏTƏ GÖTÜRDÜ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə -a komitədən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyət
31 martAbşeronda bir məktəbdə TƏDRİS DAYANDIRILDI
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbua
1 aprelNəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA
Nəsimi rayonu ərazisindəki Ənvər Qasımzadə küçəsi, 15 ünvanında icra edilən tikintinin fəaliyyətinə dair şikayətlərə aydınlıq gətirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən -a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri il
1 aprelTanınmış sabiq hakim vəfat etdi
Azərbaycanda tanınmış sabiq hakim vəfat edib. -ın -a istinadən məlumatına görə, uzun illər məhkəmə sistemində çalışmış Sərvət Qeybəli oğlu Hüseynov dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Sabiq hakimin ölüm səbəbi barədə məlumat verilməyib. Xatırladaq ki, Sərvə
1 aprel