Qadın cinayətləri niyə artır ?
Dünyada hər gün partnyoru və ya ailə üzvü tərəfindən 137 qadın öldürülür. Çox təəssüf ki, son günlər ölkəmizdə də qadın cinayətlərinin sayı artıb.
Bəs buna səbəb nədir ?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki,son dövrlər qadın cinayətləri artıb və bunda medianın da rolu böyükdür.
Qadın cinayətləri artıb və bunda medianın da rolu böyükdür. Nə qədər ki, biz qadın cinayətlərini işıqlandıracağıq bu hadisələr artacaq. Çünki insan bir şeyi dəfələrlə eşidəndə bu hal artıq onun üçün adiləşir. Artıq cəmiyyət bu cür hadisələri adi bir hal kimi qəbul edir. Bu gün ailə dəyərlərinin aşağı düşməsindən kütləvi və fərdi şəkildə əziyyət çəkirik. Bir də bunun üstündən sosial şəbəkələrdə belə məlumatların, xəbərlərin açıq şəkildə yayılması artıq hadisəni adiləşməyə gətirib çıxarır. Ona görə də çalışmaq lazımdır ki, bu kimi xəbərlər işıqlandırılmasın. Bu gün daha çox maarifləndirici yazılara ehtiyac var. Bu maarifləndirici yazılarda ailə dəyərləri önə çıxarılmalıdır. Bizlər nə qədər media nümayəndələrinə bu barədə xəbərdarlıq etsək də, cəmiyyəti bu bəladan xilas edə bilmirik. Ona görə də qadın cinayətlərinin sayı günbəgün artır. Təəssüf ki, bu gün sosial media insanların həyatını, düşüncəsini, zehnni idarə edir. Nə qədər ki, sosial mediada belə cinayətlər açıq şəkildə paylaşılacaq, o qədər adiləşib artacaq.
Hər gün azı iki jurnalist zəng edir. Məsələn "Uşaq rayonda evdən qaçdı, gəldi Bakıya. Buna münasibətiniz nədir ? Uşaq evdən niyə qaça bilər ?" Deyirəm mən bu haqda müsahibə vermirəm. Heç bu haqda yazmaq da düzgün deyil. Sabah xəbəri oxuyan başqa bir uşaq deyəcək filankəs qaçdı,valideyinlərini pislədilər. Qoy mən də qaçım valideyinlərimi pisləsinlər. Bu, gənclərə, azyaşlılara pis örnək olmaqdan başqa birşey deyil.
Bu fikirlərimi jurnalistlər yazmırlar. Çünki sərf etmir. Jurnalistlər üçün ölüm, cinayət xəbərlərini yazmaq adi hal alıb. Söz böyük qüvvədir. Nə qədər ölüm, intihar paylaşılsa, bu, o qədər də artacaq.
Çiçək
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 808 Tarix: 05 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabr