Bərbad yollar Sumqayıt sakinlərini BOĞAZA YIĞIB: Qurumlar niyə FİKİR VERMİR? - ŞİKAYƏT
Sumqayıt şəhəri, Təzə Kotej qəsəbəsi 15 - 20 ci məhəllə Mirzə İbrahimov küçəsində yol infrastruktu bərbad vəziyyətdədir.
Bu barədə Sumqayıt şəhər sakinləri Sonxeber.az-a müraciət edib. Sakinlərinin sözlərinə görə, yollar illərdir asfaltlanmadığı üçün hərəkət çətinləşir:
" Yaşadığımız ərazidə yol infrastruktu bərbad vəziyyətdədir. Yollar illərdir asfaltlanmır. Fevral ayının 9-u Sumqayıt Rayonu İcra Hakimiyyətinin qəbulunda olduq. Müavinləri göstəriş verdi ki, mart-aprel aylarında həmin küçə asfaltlansın.Onlarda problemi həll edəcəklərini dedilər. Amma heç bir şey olmadı. ".
Sakinlər bildirib ki, bir neçə dəfə quruma yenidən müraciət olunub. Lakin vətəndaşların şikayətlərinə baxılmayıb və tələbləri isə qulaqardına vururlar:
"Problem ilə bağlı tenderləri bəhanə edirlər. Yay ayları olmasına baxmayaraq yağış yağanda bu yollar keçilməz halda olur. Maşınlar bərbad vəziyyətə düşür. Sözügedən qurum ancaq şəhərin mərkəzi ilə maraqlanır. Amma kənar ərazilərə fikir vermirlər. Xəstələrimiz olur və biz onları xəstəxanaya çatdıra bilmirik. Uşaqlar məktəbə gedən zaman əziyyət çəkirlər. Şəhərin mərkəzi ilə maraqlanmaqla şəhərin problemi həll olunmur. Kənar ərazilərə diqqət yetirmək lazımdır. Hər gün nə qədər adam burdan işə, həkimə, məktəbə gedib-gəlir. Biz bu yollara görə əziyyət çəkir, düzəldilməsini xahiş və tələb edirik".
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq Sumqayıt ŞİH-in mətbuat Katibi Eyvaz Qocayev iclasda olduğunu və problemin araşdırılacağını bildirib.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1553 Tarix: 05 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kristal Estetik" də "Dr.Aytən" necə estetik əməliyyatlar edir? -Video
Daxil olan məlumatlar əsasında apardığımız araşdırma zamanı özünü "doktor Aytən" kimi təqdim edən şəxsin tibbi fəaliyyəti ilə bağlı ciddi və təhlükəli iddialar üzə çıxıb. İddialara görə, sözügedən şəxs ali tibbi həkim təhsili olmadan cərrahi estetik əməliyyatlar, o cümlədən üz gərmə prosedurlar
2 fevralMehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...
Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər -a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzi
2 fevralAzərbaycanda güclü palçıq vulkanı püskürdü (FOTO)
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib. Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib
3 fevralHər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Bəzən qısa və lokonik mesaj milyonluq reklam büdcələrdən də effektiv olur. Çünki bugün artıq marketinq və kommunikasiya rəhbərləri bazarda ciddi bir paradoksun olduğunu aydın görə bilirlər. Ölkəmizdə brendlərin reklam büdcələri hər il artan templə gedir. Bu büdcələr dijital platformalarda, televiziy
3 fevralSabiq nazir yenidən 8 milyonluq borca düşüb
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "Improtex Group"a daxil olan "İmprotex Trucks & Buses" və "İmprotex İndustries" şirkətlərinin dövlət qarşısında yenidən külli miqdarda vergi borcu yaranıb. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını
3 fevral