Müğənni Rauf Əhmədov: "Xalq artisti var ki, vəzifəli şəxsə cadu eləyir"
Baku TV-də yayımlanan "Qapqara" verilişin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı müğənni Rauf Əhmədov olub.
O, ölkədə savad və istedadına görə beynəlxalq səhnələrə çıxacaq müğənni olmadığını deyib:
"Bizdə hətta elə bir Xalq artisti də yoxdur ki, deyəsən ki, get Avropanı təəccübləndir. Vaxtilə bizim müğənnilər Türkiyədə pul verib telekanala çıxanda mikrofonu əsə-əsə tutublar. Xalq artisti var ki, vəzifəli şəxsə cadu eləyir".
R.Əhmədov "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək istəyindən danışıb və söyləyib ki, yarışmaya taktika ilə getmək lazımdır.
"Mən bilirəm ki, növbəti dəfə "Avroviziya"ya kimi göndərsələr, uduzub qayıdacaq. Çünki bu müsabiqəyə taktika ilə getmək lazımdır. O da hər musiqiçidə olmur. Yaxşı görünüşü, yaxud səsi olmaq azdır. Bəzi sirlər var ki, onları açıqlamaq istəmirəm. Əgər məni göndərsələr, minimum ikinci yerin qalibi olaram. Hətta birinci də ola bilərəm".
Verilişdə müğənni Murad Arif barədə də fikir bildirən musiqiçi onu özünə rəqib görmədiyini vurğulayıb:
"Muradın istəyi böyükdür, amma istedadı azdır. O, savadlı insandır. Bu da onun vaxtilə jurnalistlik etməsi ilə əlaqədardır. Səhnədə başqası yoxdur deyə oxuyur".
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 460 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polkovnikin meyiti yaşadığı evdən tapıldı
Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb. -a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvi
2 fevralSabiq nazir yenidən 8 milyonluq borca düşüb
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "Improtex Group"a daxil olan "İmprotex Trucks & Buses" və "İmprotex İndustries" şirkətlərinin dövlət qarşısında yenidən külli miqdarda vergi borcu yaranıb. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını
3 fevralHər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Bəzən qısa və lokonik mesaj milyonluq reklam büdcələrdən də effektiv olur. Çünki bugün artıq marketinq və kommunikasiya rəhbərləri bazarda ciddi bir paradoksun olduğunu aydın görə bilirlər. Ölkəmizdə brendlərin reklam büdcələri hər il artan templə gedir. Bu büdcələr dijital platformalarda, televiziy
3 fevralBakıya qar yağacaq
Fevralın 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, sabah gün ərzində və fevralın 5-i gecə bəzi yerlərdə yağışı
3 fevralGenerala ərə gedən xanım digər generalın bacısı qızıdır
Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik xanımla ailə qurub. Məlumata görə, general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır. Qaynarinfo xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə Həcər Mirzəyevanın da tanınmış hərbi-siyasi ailəyə mənsub olmasıdır
2 fevral