Şahbuzda güclü yanğın: Evlər külə döndü

Şahbuzda güclü yanğın: Evlər külə döndüŞahbuz rayonunda baş verən güclü yanğın söndürülüb.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonu Biçənək kəndində iki fərdi yaşayış evində yanğının baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan şəhər və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın nəticəsində zirzəmi ilə birlikdə ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə və digər ikimərtəbəli fərdi yaşayış evinin isə bir otağı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Havanın küləkli olmasına baxmayaraq yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və digər fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

00:23

Şahbuz rayonunda güclü yanğın baş verib.

APA xəbər verir ki, yanğın rayonun Biçənək kəndində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və əməkdaşları əraziyə cəlb olunublar.

Hava küləkli olduğu üçün hələ ki, yanğını söndürmək mümkün deyil.

İlkin məlumata görə, kənddə bir-birinə bitişik olan üç ev yanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 491   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə

2 aprel
.

Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı (VİDEO)

Bakının Xətai rayonunda 1200 manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb. Qaynarinfo xəbər verir ki, martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiklər

1 aprel
.

Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - VİDEO - FOTOLAR

Əməkdar artist Manana Caparidze yaradıcılığında növbəti bir uğura imza atıb. xəbər verir ki, sevilən sənətçi mərhum qarmon ustası, dahi sənətkar Xalq artisti Aftandil İsrafilovun əfsanəvi "Basqalı rəqsi" əsərinə öz ifası ilə yeni bir nəfəs gətirib. Əsərin musiqi müəllifi mərhum sənətkar Aftandi

2 aprel
.

"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" böyük uduşlarla sevindirməyə davam edir. Bu ilin birinci rübündə "Poz-Qazan" oyunları üzrə 39 böyük uduş qeydə alınıb. Onlar arasında ən böyük uduş "Uğurlu 7"də qazanılıb. Düz 2 ədəd biletd

2 aprel
.

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Azərbaycanda 3 uşağa misirli ulduz futbolçu Məhəmməd Salahın adı verilib. xəbər verir ki, ötən il ölkədə bir uşağa Salah adı qoyulub. Həmçinin, 2022 və 2023-cü illərdə də iki uşağa ulduz futbolçunun adı verilib. Qeyd edək ki, 33 yaşlı Salah mövsümün sonunda böyük uğurlar qazandığı İngiltərənin "Liverpul"

2 aprel
.

Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olundu

Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib. "Report"un əldə etdiyi məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub. Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb. Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda

2 aprel
.

Bakıda bu ərazilərdə dörd saat işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olara

1 aprel
.

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz. Çünki plastik və ya kağız qablaşdırma çox vaxt qidanı kənar çirklənmədən, havadan və mikroblardan qoruyur. Burada əsas məsələ paketin özü deyil, onun içinə nələrin olmasıdır. Əgər rasionumuzun böyük hissəsini çox emal olunmu

1 aprel
.

Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə

31 mart