Bakıda kirayə evlər BAHALAŞACAQ - Bu tarixdən...

Bakıda kirayə evlər BAHALAŞACAQ - Bu tarixdən...Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə olduğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.

Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir. Ekspertlərə görə, sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymətlərində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimum 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır. COP29 zamanı isə hotellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək.

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Ekspert qeyd edib ki, ölkədə universitetlərin böyük əksəriyyəti Bakıda yerləşdiyindən hər il yay aylarında tələbələrin paytaxta kütləvi axını olur ki, bu da əsasən kirayə qiymətlərinin artmasına təsir edir: "Bu tendensiya hər il davam edir və hər dəfə 20 faiz artım müşahidə olunur. Nəzərə alsaq ki, bu il tələbə qəbulunda 10 minə yaxın tələbə artımı var, bu da o deməkdir ki, sentyabrda daha çox tələbə Bakıya gələcək və kirayə qiymətlərinin daha da artmasına səbəb olacaq. O ki qaldı COP29-un kirayə qiymətlərinin artmasına təsir etməsinə, hesab edirəm ki, bu daha çox yeni və bahalı binalarda olan mənzillərin qiymətinə təsir edəcək. Üstəlik, COP29 tədbiri qısa müddətlik olacaq, bu baxımdan əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Söhbət əsasən orta qiymətli mənzillərdən gedir".

Ekspert tələbələrin yataqxana problemindən də söz açıb: "Çox təəssüf ki, bu gün universitetlərdə yataqxanaların vəziyyəti ürəkaçan deyil. Həmçinin universitetlərin əksəriyyəti tələbələri yataqxana ilə təmin edə bilmir. Hesab edirəm ki, "Böyük Qayıdış" proqramı həyata keçirildikdən sonra ölkəmizdə yataqxanalarda məskunlaşmış köçkünlərimiz öz doğma yurdlarına geri dönəcək və bu məsələ də öz həllini tapa biləcək".

Eyyub Kərimli onu da qeyd edib ki, bəzi ev sahibləri bu dönəmdə vəziyyətdən sui-istifadə edərək, əsassız şəkildə evlərin qiymətini qaldırırlar. "Bu gün Bakı şəhərində böyük tikinti-quruculuq işləri gedir, köhnə mənzillərin çoxu sökülür və bu da kirayə mənzillərin qiymətinə təsir edir. Belə ki, evləri sökülən vətəndaşlar da çox zaman kirayə qalmalı olur və bu da ümumilikdə kirayə mənzil bazarında öz təsirlərini göstərir", - deyə ekspert qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 645   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr